Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:02 - 17.12.2018  
Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – Fakt
Tarix: 23-02-2018, 12:04 | Bölmə: ---

Ötən gün Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi Prezident İlham Əliyevlə, Müdafiə naziri Zakir Həsənovla və Müdafiə Sənayesi naziri Yavər Camalovla önəmli görüşlər keçirdi. İranlı general ölkəsinin Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında və bu sahədə istənilən yardımı göstərməkdə maraqlı olduğunu bildirdi. Bu açıqlama ölkə gündəmində iki sualı aktuallaşdırdı:
Birincisi, hazırda ABŞ-ın embarqoları altında olan İranla Azərbaycan arasında hərbi əməkdaşlıq mümkündürmü?
İkincisi, hərbi əməkdaşlıq mümkün olacağı təqdirdə Bakı İrandan hansı silahları ala bilər?
Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – FaktMövzu ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a şərhində çox maraqlı tarixi məlumatı diqqətə çatdırıb:
"Azərbaycan İranla Qarabağ müharibəsinin ilk dövrlərində hərbi əməkdaşlıq edib. Mərhum Heydər Əliyev bu sahədə çox böyük fəallıq göstərirdi, çünki Rusiya o zaman bizə qarşı ciddi embarqolar tətbiq etmişdi. Bəli, İran Azərbaycana artilleriya mərmiləri göndərirdi. Bir dəfə Heydər Əliyevlə birlikdə Haramı düzünə səfər zamanı ermənilər tərəfindən bizim olduğumuz səngərə atılan bir mərmi düz başımız üzərindən keçərək cəmi 10-15 metrlik məsafayə düşdü, ancaq partlamadı. Heydər Əliyev ehtiyatla həmin mərmini götürməyi və harada istehsal olduğunu təyin etməyi əmr etdi. Məlum oldu ki, mərmi İranda hazırlanıb. Daha sonra Ulu Öndər həmin mərmini özüylə İrana aparmışdı və sözün əsl mənasında Rəfsəncaninin canını oxumuşdu. O zaman İran Ermənistana da döyüş sursatı verirdi. Həmin dövr İran hərbi sənayeni yenicə mənimsəyirdi”.
Politoloq bildirib ki, İranla hərbi əməkdaşlıq daha mükəmməl sahələrdə ola bilər:
"Ancaq iş orasındadır ki, İran mükəmməl tank istehsal edə bilmir, döyüş təyyarələri müasir standartlara cavab vermir. İranın döyüş təyyarələri 3-cü nəsildir. Ancaq Pakistandan alacağımız döyüş təyyarələri dördüncü nəsildir”.
Politoloq Azərbaycanın gələcəkdə İranın "Şahab” uzaqmənzilli raktelərini əldə etməsinin mümkünlüyünə də toxunub:
"Şahab” ballistik raketlərinin kütləvi istehsalına hələ başlanılmayıb. Üstəlik, İran "Şahab”ı heç kimə satmaz. Çünki bu silahlar üzərində tədqiqatlar hələ davam etdirilir. Bakının gələcəkdə sözügedən qitələrarası raketləri ala biləcəyinə dair indidən dəqiq fikir söyləmək çətindir. Çünki Tehran ümumiyyətlə "Şahab”ı satmağa meyilli deyil. Azərbaycana ortamənzilli raketlər lazımdır. Bunu da Rusiya Azərbaycana təklif edir. Yəni Tehran Roqozinin Bakıya son səfərində Moskvanın İrəvana göndərdiyi İsgəndər-M tipli ortamənzilli nüvə raketlərinin ölkəmizə təklif etməsindən xəbərdardır. Rusların ortamənzilli nüvə raketləri İranınkından qat-qat üstündür”.
Politoloq hesab edir ki, İran ciddi siyasi manevr etmək istəyir:
"Fikrimcə, bir qədər ehtiyatlı olmalıyıq. Azərbaycanın İsraillə hərbi əməkdaşlığına balta vurmaq və ölkəmizi ABŞ-ın İrana qarşı embarqolarının şərtlərini yerinə yetirməyən ölkələr sırasına salmaq da istəyə bilərlər. İndiyə qədər Ermənistana silah verən İranın birdən-birə Bakı ilə hərbi əməkdaşlığa maraq göstərməsi düşündürücüdür. Çünki 10 ildən çoxdur ki, İranla hərbi sahədə əməkdaşlıq etmirik. İran müəslman ölkəsidir və şiə dünyasının lideri hesab olunur. Ona görə də bu hərbi əməkdaşlıq Qarabağ uğrunda mübarizədə Tehranın Bakının yanında yer almasından keçir. Bu mübarizə isə bütün müsəlman dünyası uğrunda mübarizənin bir hissəsidir. Bakı Tehranın təklifini bu kontekstdə nəzərdən keçirə bilər”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə Azərbaycanla İran arasında hərbi əməkdaşlığı istisna etməyib:
"İran Azərbaycanın strateji tərəfdaşıdır və bütün istiqamətlərdə sıx əlaqələrimiz var. Azərbaycan bu əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Azərbaycanın İranda daimi hərbi nümayəndəliyi var, hərbi məsələlər üzrə əlaqələrimiz getdikcə genişlənir. Məsələ onda deyil ki, bu ölkədən mütləq hansısa silah-sursatı alaq. Əgər hansısa bir dövlətdə Azərbaycanın qarşıda olan tapşırıqlarına istifadə üçün gərəkli silah varsa, o zaman Bakı hansı ölkə olmasından asılı olmayaraq, həmin silahı alır. O ki qaldı İranla hərbi əməkdaşlığımıza, iki ölkə arasında müəyyən protokollar var. İranın müdafiə naziri yeni təyin olunub və onun ilk səfərini Azərbaycana etməsi əslində iki ölkə arasında hərbi əməkdaşlığın göstəricisidir. Müdafiə nazirlərinin görüşü çox məhsuldar keçib və əlbəttə ki, bu danışıqlar ciddi əhəmiyyət daşıyır. Ölkələr arasında müəyyən layihələr var və onlarla əlaqədar işlər aparılır”.
Ekspert gələcəkdə İranla hərbi əməkdaşlığın Azərbaycana fayda gətirəcəyini düşünür:
"Bu müharibə şəraitində olan ölkəmiz üçün çox vacibdir. Bildiyiniz kimi, İranla sərhədimizin müəyyən hissəsi işğal altındadır. Bu fonda İran Azərbaycan üçün maraqlı bir dövlətdir. Azərbaycan İranla münasibətlərə, o cümlədən gələcək hərbi əməkdaşlığa məhz bu prinsipdən yanaşır”.
Xəbər 1347 dəfə oxunub






Oxşar xəbərlər

Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18431] initstartout [0.00019] initstartin [0.00105] calstart [0.02964] calend [0.00070] topnewsend [0.00446] rsssend [0.00000] ehgend [0.00823] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13932]