Bərzani yeni seçkilərin anonsunu verdi

  • 19 fev 2018, 08:51

Parlament seçkilərinin sentyabrda keçirilməsini planlaşdırırıq.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin Baş naziri Necirvan Bərzani deyib.

"Tarix hələ ki, müəyyən edilməyib. Münhendən qayıtdıqdan sonra bütün siyasi partiyaların rəhbərləri ilə görüşəcəyəm. Ümid edirəm ki, o zaman tarix müəyyən ediləcək”, - Bərzani bildirib.

Qeyd edək ki, daha əvvəl Kürdüstan Demokratik Partiyası (KDP) parlament seçkilərinin iyulda keçiriləcəyini bəyan etmişdi.

Oxşar xəbərlər