Xain generalların Heydər Əliyevə sui-qəsd cəhdi - VERİLİŞ

  • 16 fev 2018, 08:20

Dünya tarixində ən böyük olaylardan biri də dövlət başçılarına qarşı təşkil olunmuş sui-qəsdlərdir. Beynəlxalq aləmi dəhşətə gətirən bu sui-qəsd olayları Azərbaycandan da yan keçməyib. 1995-ci il iyulun 2-də Azərbaycanın eks-prezidenti Heydər Əliyevə qarşı sui-qəsd təşkil edildi. Belə ki, prezident xarici səfərlərdən birindən geri dönərkən onun təyyarəsinin vurulmasına cəhd olundu. Lakin sui-qəsd baş tutmadı.

Sui-qəsd çox qəribə formada hazırlanmışdı. Hadisədən öncə, mayın 26-da Azərbaycan Milli Ordusuna məxsus bölmələrdən birində "İqla-1” zenit raketi oğurlanmış, onun prezidentin təyyarəsinə tuşlanacaq yeri müəyyən edilmişdi. Ən maraqlı məqam isə sui-qəsdin baş tutacağı gün yaşandı. Belə ki, prezidentin təyyarəsi xoşbəxtlikdən hava limanına çevrilişi həyata keçirmək istəyənlərin nəzərdə tutduğu istiqamətdə eniş etmədi. Hava şəraiti ucbatından eniş istiqaməti dəyişdirildi və nəticədə prezidentə sui-qəsd cəhdi baş tutmadı.

Sui-qəsddən dərhal sonra isə həbslər başladı. Planın müəlliflərinin Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavinləri - Şahin Musayev, Vahid Musayev, həmçinin nazirliyin Hərbi Ticarət İdarəsinin sabiq rəisi Hacımurad Sadəddinov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ləğv edilmiş XTPD-nin (Xüsusi Təyinatlı Polis Dəstəsi) sabiq əməkdaşı Faiq Baxşəliyev olduğu müəyyən edildi. Aparılan əməliyyat nəticəsində 1995-ci ilin avqustunda general Vahid Musayev və Faiq Baxşəliyev tutuldu. Hər iki şəxs sonradan ölkənin ən ağır cinayətkarlarının yerləşdirildiyi Qobustan həbsxanasına göndərildi.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:


Oxşar xəbərlər