Türkiyədə əməliyyat: 77 nəfər saxlanıldı

  • 15 fev 2018, 07:29

Türkiyənin Diyarbəkir əyalətində 3 min polisin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat nəticəsində müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb. Məlumata görə, PKK lideri Abdullah Öcalanın Türkiyəyə gətirildiyi tarıxin ildönümündə asayişi qorumaq üçün təşkil olunan əməliyyata helikopterlər də dəstək verib. Ümumilikdə, ictimaiyyətə açıq 128 məkanda axtarış aparılıb, 2996 nəfərin şəxsi məlumatı incələnib, 493 avtomobil itlər vasitəsilə yoxlanılıb.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalan 1999-cu ilin 15 fevralında Türkiyəyə gətirilib. O, İmralı həbsxanasında ömürlük həbsdədir.

Oxşar xəbərlər