MSK İlham Əliyevin namizədliyi təsdiqlədi

  • 14 fev 2018, 20:14
 
 
 
 
 
 
 
 
 
 
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

Bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O, namizədlə bağlı məlumatları MSK üzvlərinin diqqətinə çatdırıb.

Sonra məsələ səsverməyə çıxarılaraq təsdiqlənib. Beləlikə, Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.
 
Demokratik.Az
Oxşar xəbərlər