Fəttah Heydərov: " Biz ağsaqqallar əminik ki, İlham Əliyev.."

  • 14 fev 2018, 17:17

Ağsaqqallar Şurası prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş toplantı keçirib. Bu gün Azərbaycan Ağsaqqallar Şurası ölkədə  keçiriləcək prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş iclas keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda keçiriləcək prezident seçkisinin vaxtının dəyişdirilməsinin tamamilə qanunauyğun olduğunu söyləyib: " Seçki il ərzində istənilən vaxtda keçirilə bilər. Çünki, prezidentin səlahiyyətləri bu il ərzində başa çatır. Ona görə də prezident seçkilərinin keçirilməsi barədə qərar zamanında verilmiş qərardır. Burada qanunsuzluq axtarmağa lüzum yoxdur. Azərbaycan artıq öz müstəqillik yolunu tutmuş, bu yolla uğurla irəliləyir. Ulu öndər Heydər Əliyev  Azərbaycanın əbədiyyata qədər müstəqilliyini təmin edən bir yol müəyyənləşdirdi. Bu gün prezidentimiz İlham Əliyev bu yolu uğurla davam etdirir. Liderlər, rəhbərlər bəzən elə siyasət yürüdür ki, onların siyasəti nəticəsində ölkə üçün müharibə, fəlakət, qanlı-qadalı bir yoldan keçir. Amma bizim prezidentimizin davam etdirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edir, ölkədə sabitlik hökm sürür. Biz əminik k, İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır. Bu keyfiyyətə, bacarığa malik şəxs isə məhz İlham Əliyevdir. Ağsaqqallar seçimlərində yanılmırlar. Bu onların həyat təcrübəsi ilə bağlıdır. Biz ağsaqqallar ölkənin gələcəkdəki uğurunu, inkişafını İlham Əliyevin dövlətimizə başçılığında görürük.  Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə dəvət edir.  İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, hesab edirik ki, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs vermiş olacağıq. Biz ağsaqqallar əminik ki, seçimimiz düzgündür". Daha sonra tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. O, bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin Prezident olması Azərbaycan kimi dövlətin varlığına, mövcudlğuna səbəb yaradıb: "Ulu Öndərimiz Azərbaycanı 90-cı illərin əvvəllərində dərin siyasi və iqtisadi böhrandan çıxarıb. Bu gün İlham Əliyev də həmin siyasi kursu uğurla davam etdirir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Biz  Azərbaycanın gələcəyi və rifahı naminə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirik"
      İclas müzakirələrlə davam etdirilib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Oxşar xəbərlər