Lavrovdan Türkiyəni hiddətləndirən açıqlama

  • 13 fev 2018, 19:56

PYD-nin Suriyadakı sülh prosesində yer almasının tərəfdarıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rus rəsmisinin bu sözlərinə Ankaranın necə münasibət sərgiləyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Rusiya daha əvvəl Soçi zirvəsinə PYD/YPG-nin də qatılacağını açıqlamış, bu isə Moskva-Ankara arasında gərginliyə səbəb olmuşdu. Lakin Türkiyənin qəti mövqeyi sayəsində PYD tərəfi ötən ay baş tutan Zirvəyə qatıla bilməmişdi.

Demokratik.Az

Oxşar xəbərlər