İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq (videoaçıqlama)

  • 11 fev 2018, 00:06

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq. Demokratik.Az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək təhsil ocağı dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq.

Dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan İlahiyyat İnstitutuna hazırda inzibati bina axtarılır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.

 

İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

 

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasıyla bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.

Oxşar xəbərlər