“Opponentlik etmək üçün yaxşı fürsətdir” - Mehman Əliyev

  • 07 fev 2018, 08:58
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar cəmiyyətdə birmənalı qarşılanmış deyil. Bəziləri bu qərarı alqışlasa da, məlum qərara müxalif düşərgədə 
tənqidi yanaşanlar da az deyil. Maraqlıdır, ölkə müxalifəti aprel seçkilərinə nə dərəcədə hazırdır? Müxalifətin bu seçkilərdə qalib gəlmək şansı hansı səviyyədədir?
Moderator.Az-a açıqlama verən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Milli Şura seçkiləri boykot edib. REAL da seçkini boykot edib. Müsavat Partiyası isə hələ ki, bununla bağlı bir qərar verməyib. Onların indiki halda mövqeləri bəlli deyil. Doğrudur, bundan öncə Müsavat seçkilərə gedəcəyini bəyan etmişdi. Lakin onlar bunu oktyabr ayına hesablamışdılar. Indi isə seçkiyə çox az vaxt qalır. Belə şəraitdə mübarizə aparmaq xeyli çətinləşir. Buna görə də, Müsavat hətta seçkiyə getsə də, bu, Müsavat üçün çox çətin olacaq. Lakin baş verənlər opponentlik etmək üçün də yaxşı bir fürsətdir. Bundan istifadə edə bilərlər. Söhbət cəmiyyətə alternativlik təqdim etməkdən gedir. Yəni cəmiyyətə mesaj vermək olar ki, başqa inkişaf yolu, başqa variantlar da var. Çünki hər hansı bir rəqabət son olaraq yaxşı nəticəyə səbəb olur”.
Oxşar xəbərlər