Gözdən Əlillər Cəmiyyətinin sədri dələduzluqda suçlanır

  • 06 fev 2018, 12:53
Külli miqdarda dələduzluqda təqsirləndirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri və digər vəzifəli şəxslərin məhkəməsi başlayır.

Külli miqdarda dələduzluqda təqsirləndirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Hümmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 

Məhkəmənin hazırlıq iclası fevralın 12-nə təyin edilib. 

Qeyd edək ki, S. Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 10 milyon manatdan çoxdur. 

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.(olkə.az)
Oxşar xəbərlər