Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:43 - 19.08.2018  
Onlar növbədənkənar prezident seçkilərini 2 ay öncə demişdilər…
Tarix: 6-02-2018, 08:01 | Bölmə: ---

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib.

Xəbər verildiyi kimi, oktyabrda gözlənilən prezident seçkiləri artıq 11 aprel tarixində baş tutacaq.

Prezident İlham Əliyevin bu barədə sərəncamı 2 ay öncə, dekabrın 7-də millət vəkili Zahid Orucun Milli Məclisdə çıxışını yada saldı. Hələ o zaman millət vəkili prezident seçkisinin qabağa çəkilməsini və martda keçirilməsini təklif etmişdi.

Z.Oruc öz təklifini belə əsaslandırmışdı:

Onlar növbədənkənar prezident seçkilərini 2 ay öncə demişdilər…"Hazırki reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenlİyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir. Mövcud siyasi sistemdə və fəaliyyətdə olan partiyaların qüvvələr nisbətində ölkə birinciliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz. Onun alternativi xaosdur.

Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni Konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda, 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da, iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Birləşmiş Ştatların və bir sıra Qərb dövlətlərinin həyatı üçün xarakterik olan belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin (2018-ci il nəzərdə tutulur – red.) mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı. Konstitusion normalar baxımından burada heç bir hüquqi norma pozulmur və siyasi birincilik uğrunda mübarizədə bütün iddiaçılara bərabər zaman qrafiki ayrıldığından seçilən prezidentin legitimliyi beynəlxalq məkanda qəbul olunacaq”.

***

Maraqlıdır ki, 2017-ci il dekabrın 9-da hüquqşünas, siyasətçi Erkin Qədirli də 2018-ci il prezident seçkilərinin 6 ay əvvələ çəkilməsi məqamına toxunub. Hüquqşünas qeyd edib ki, bu addım məntiq və praktik baxımdan daha doğru olardı:

Onlar növbədənkənar prezident seçkilərini 2 ay öncə demişdilər…"Konstitusiyaya edilmiş son dəyişikliyə görə, Prezidentin səlahiyyət müddəti 7 il olandan sonra, 2025-ci ildə həm Prezident, həm də Milli Məclis seçkiləri olacaq. Hazırki qaydaya görə, Prezident seçkiləri oktyabrda, Milli Məclis seçkiləri isə noyabrda keçirilir. 2025-ci ildə bu iki milli seçkini eyni zamanda keçirmək mümkün olmayacaq (texniki baxımdan mümkün deyil). Bu isə o deməkdir ki, Prezident və Milli Məclis seçkiləri arasında zaman kəsiyi böyüdülməlidir. Örnəyi, Prezident seçkiləri yazda, Milli Məclis seçkiləri isə payızda olmalıdır. Bu isə öz növbəsində o deməkdir ki, Prezident seçkiləri 2018-in oktyabrında deyil, yaz aylarının birində ola bilər (örnəyi, martda, ya da, ən uzağı, apreldə). Bu, bir gümandır, amma məntiqlə və daha çox praktik ehtiyac baxımından da belə olmalıdır”.

Demokratik.Az

Xəbər 1047 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14007] initstartout [0.00013] initstartin [0.00060] calstart [0.00715] calend [0.00041] topnewsend [0.00341] rsssend [0.00000] ehgend [0.00694] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12075]