Fidel Kastronun oğlu Havanada dəfn edilib

  • 06 fev 2018, 07:35

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Kastro Dias-Balart Havananın Xristofor Kolumb adına qəbirstanlığında dəfn edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, kiçik Kastro fevralın 1-də intihar edib.

68 yaşlı Fidel Kastro Dias-Balart bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub. Mərhumla vidalaşma Kuba Elmlər Akademiyasında keçirilib.

Qeyd edək ki, 68 yaşlı Fidel Kastro Dias-Balart Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Oxşar xəbərlər