Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:47 - 23.08.2019  
Elman Rüstəmov dövlətə borclu olduğu 700 milyonu qaytarmır
Tarix: 3-02-2018, 10:31 | Bölmə: ---

Baş bankirin qonşu ölkədə 1 milyard vəsaitlə tikinti işləri apardığı haqda məlumatlar var; belə çıxır, Cahangir Hacıyevin özü yoxdu, missiya isə davam edir...

Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin işdən çıxarlmasından sonra bank sistemində hər şeyin normala dönəcəyi ümidləri doğrulmadı. 2015-ci ilin aprel-may aylarında Beynəlxalq Bankdan yüz milyonlarla girovsuz kredit götürmüş iş adamlarının kütləvi həbsi insanları xeyli ümidləndirmişdi. Hər kəs düşünürdü ki, bankları xortumlayan çetenin sonuna çıxılacaq. Maliyyə sistemini sarmış "xərçəng” qoparılıb atılacaq.

"Beynəlxalq Bank işi” mövzusunun səs-küyü yatmamış "MTN işi” mövzusu meydana çıxdı. Eldar Mahmudov vəzifəsindən çıxarıldı, ardınca da onun nazirlikdəki komandası kütləvi şəkildə həbs edildi, xeyli adam işdən atıldı. Nəhayət, 2015-ci ilin dekabr ayında ABB-nın sədri Cahangir Hacıyev həbs edilərək türməyə göndərildi.

İctimaiyyət bu olayların şokundan özünə gəlməmiş 21 dekabr devalvasiyası oldu. Ortalıq daha da qızışdı. Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan E.Rüstəmovun xəbərsiz olması mümkün deyildi – çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən tək orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması (baş bankirin bu susqunluğunun səbəbi barədə aşağıda bəhs edəcəyik) onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.

Yeri gəlmişkən, bu hadisələrdən sonra diqqətlər Azərbaycan banklarından oğurlanan milyardlar mövzusuna daha çox cəlb olundu. Xalq bir də onda ayıldı ki, ölkənin maliyyə sahəsinə məsul olan şəxslər və onların hakimiyyətdəki hamiləri xalqın, dövlətin milyardlarla dollar vəsaitini mənimsəyiblər. Bu işdə təmiz, oğurluğa bulaşmayan bircə maliyyəçi tapmaq çox çətindir.

Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca "kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği "Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsi ilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.

Elman Rüstəmov dövlətə borclu olduğu 700 milyonu qaytarmır

Bu günlərdə isə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, E.Rüstəmovun Gürcüstandakı tikinti biznesi sürətlə çiçəklənməkdədir. Şirkətlərin müxtəlif irihəcmli tikinti layihələrini əldə etdikləri deyilir. Baş bankirin bu işdəki ortağı isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdu. Ş.Mövsümovun bu işə qardaşı Şahin Mövsümovu qoşduğu deyilir. 
Xatırladaq ki, Şahmar Mövsümov baş bankirin kadrıdır - Dövlət Neft Fondunun icraçı direktoru təyinatınadək məhz Mərkəzi Bankda çalışan Mövsümovun vəzifə yüksəlişində də E.Rüstəmovun əsas rol oynadığı bildirilir.

Onu da qeyd edək ki, Şahin Mövsümov heç bir girov qoymadan bağlanmaq ərəfəsində olan "StandardBank”dan 100 milyon manat kredit götürərək hələ də qaytarmayıb. Ölkə banklarının kredit siyasətini tənzimləyən əsas qurumun rəhbəri olaraq E.Rüstəmovun bu borclanmadan da xəbərsiz olduğunu söyləmək qeyri-mümkündür. Eyni zamanda bu "xəbərsizliyin” də səbəbsiz olmadığı göz önündədir.

Redaksiyamıza məlumat verən mənbənin iddiasında o da var ki, bu tikinti projesində əsas söz sahibi, rəhbər Elman Rüstəmovdu. Bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın zamanlarda Elman Rüstəmovun Gürcüstandakı şirkətlərinin adlarını, həmçinin gördüyü işlər barədə əlavə bilgiləri ictimaiyyətə çatdırmağa çalışacağıq.

Azərbaycanda yüksək rütbəli məmurların, dövlət qurumlarının mediaya açıq olmaması səbəbindən yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini öyrənmək mümkün olmadı. Buna baxmayaraq, yazıda adları hallanan şəxslərin - əsasən də Elman Rüstəmovun mövqeyini dinləməyə, bu haqda hər hansı fikirləri, qeydləri və əlavələri olarsa, qəzetdə çap etməyə hazırıq.

Musavat.com-un iqtisadiyyat şöbəsi

Xəbər 1826 dəfə oxunub






Oxşar xəbərlər

Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14770] initstartout [0.00014] initstartin [0.00065] calstart [0.00896] calend [0.00044] topnewsend [0.00306] rsssend [0.00000] ehgend [0.01776] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.11617]