Hacı Zeynalabdin Tağıyevin yaşadığı binanın acınacaqlı vəziyyəti – FOTO

  • 28 yan 2018, 20:36

Məşhur azərbaycanlı xeyriyyəçi, milyonçu, Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qalıb və uçmaq təhlükəsi ilə üzləşib.

oxu.az-ın məlumatına görə, ev tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər. Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.

Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib.

Ömrünün son illərini bu evdə keçirib. 1924-cü il sentyabrın 1-də bu evdə vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra Böyük Vətən Müharibəsi illərində bu evdə təxliyyə hospitalı yerləşib.

Oxşar xəbərlər