Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:06 - 23.05.2019  
Gəncə Regional Kollecinin direktoruna KORRUPSİYA İTTİHAMI - ŞOK şikayət
Tarix: 30-01-2018, 10:59 | Bölmə: ---

Gəncə Dövlət Regional Kollecindən "Demokratik.Az"-ın elektron poçtuna ŞOKEDİCİ şikayət məktubu daxil olub. Məktubun təhsil nazirliyi rəhbərliyinə və baş prokurorluğa da ünvanlandığı göstərilir. Kollecin bir qrup müəllimi adından Asif Süleymanov və Aslan Əliyevin göndərdiyi məktubda bir sıra nöqsanlar haqda məlumat əksini tapıb. "Demokratik.Az" məktubu şərhsiz təqdim edir, Kollec rəhbərliyini bizə qarşı təhdid və hədələrdən uzaq durmağa çağırırıq. Yaxşı olardı ki, cənab Fəxrəddin Zeynalov mötəbər qurumların adını öz himayədarı kimi hallandırmaqdansa, şikayətdə deyilənlərə aydınlıq gətirsin. Adıçəkilən hər kəsi də yazıda göstərilən ittihamlara cavab verməyə dəvət edirik.

Gəncə Regional Kollecinin direktoruna KORRUPSİYA İTTİHAMI"Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır” deyə bildirilən məktubda bu baxımdan Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyətinin də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş qiymətləndirildiyi qeyd edilir: "Peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, bədən tərbiyəsi və idman və s. ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Regional Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Bu təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur.
Gəncə DövlətRegional Kollecinin direktoru Fəxrəddin Zeynalov bu kollecə direktor təyin olunduğu vaxtdan özünəməxsus korrupsiya şəbəkəsi qurmuşdur. Belə ki, başına bir qrup korrupsioner şöbə müdirlərini yığaraq Murğuzov Etibar, Zeynalova Aybəniz,Yusibova Tahirə, Hacıyeva Validə, Hacıyeva Mehparə, təcrübə şöbəsinin müdiri Firudin Səfərov, məsul katib Arzu müəllimdən ibarət böyük bir dəstə yaratmışdır. Bu şəxslər hər semestr tələbələrdən imtahan üçün adam başına 150-300 manatdan pul yığırlar. Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan həmin məbləği verməlidir. Əks təqdirdə bu onlar üçün arzuolunmaz problemlər yarada bilər.
Pedaqoji təcrübəyə gedən tələbələrdən hər biri bu təcrübədən müvəffəq qiymət almaq üçün 90 manat, təcrübəyə getməyən tələbələr isə hər biri 150 manatdan pul verməlidir. Təcrübə şöbəsinə rəhbərlik edən Firudin Səfərov pedaqoji sahədən heç bir anlayışı olmayan adamdır. Bu şəxslər təhsilə kommersiya kimi baxırlar. Bu şəxslərin əsas amalı ancaq pul yığmaqdan ibarətdir.
Direktor Fəxrəddin Zeynalov öz qızlarını Nuranə və Gülnar bacılarını kollecə işə götürüb, kürəkənini isə sürücü kimi işlədir. Tələbələrin ödədiyi təhsil haqlarını öz istədiyi kimi xərcləyir, hər müəllimə vaxtaşırı olaraq 50 manat, amma öz yaxın adamlarına 150-200 manat pul verir, müəllimlərə verilmiş bu pulun az qala yarısını müxtəlif adlar altinda sonralar geri yığır. Pulları da baş mühasib, kadrlar şöbəsinin rəisi Bəsirə Abbasova və tədris hissəsinin rəhbəri Sahibə Nəzərovanın əli ilə yığır.
Sahibə Nəzərova Surət Hüseynovun baş müşaviri, 1995-ci ildən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə axtarışda olan, 1994-cü il oktyabr dövlət çevrilişinə cəhdinin təşkilatçılarından olan Saday Nəzərovun bacısıdır. Fəxrəddin Zeynalov vaxtı ilə Saday Nəzərovla dost olduğuna görə onun bacısı Sahibə Nəzərovanı tədris hissəsinə rəhbər qoyub. Bu xanımın əli ilə dərs yüklərini istədiyi adama verir, onun vasitəsilə pulları yığır.
Fəxrəddin Zeynalov qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Belə ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər.
Kollecə təzə qəbul olunan tələbələrə tələbə bileti və imtahan kitabçası 20 manatdan satılır. Dövlət imtahanında 200 manatdan pul yığılır. Ümumiyyətlə, kollecdə hər semestr bir şöbədən 60000-70000 manat pul yığılır.
Əvvəllər kollecin yataqxanasında qaçqınlar qalırdı, ora boşalandan sonra yataqxananın bir otağı 1000 manata, üç otaq 3000 manata, beş otaq 5000 manata satılıb. Yataqxananın ərazisi olan 30 hektar torpaq sahəsi, kollecdəki inventarların əksəriyyəti, emalatxanadakı cilalayıcı dəzgahlar belə hamısı satılıb.
Fəxrəddin Zeynalov yaşı 65-ə çatan müəllimlərlə bağlı heç bir qanuna məhəl qoymur, belə ki, istədiyi müəllimi işdən çıxarır, amma pul yığıb ona gətirən müəllimləri yaşı çox olsa belə, işdə saxlayır. Qəbul komissiyasının məsul katibi Arzu müəllimin 68 yaşı var, amma onu işdə saxlayır, çünki tələbə biletləri və imtahan kitabçalarının birini 20 manatdan satır, qeydiyyatdan keçən tələbələrin hər birindən 20 manatdan yığır. Kadrlar şöbəsinin inspektoru Bəsirə Abbasovanın 68 yaşı var, qeyri-qanuni olaraq müxtəlif adamları işə götürür, pul yığır.
Texniki işçilərin və işə gəlməyən müəllimlərin maaş kartları direktorda, baş mühasıbdə və kadrlar şöbəsi Bəsirə Abbasovadadır. Bankomatda kartı salıb pulları kimlər alıbsa hamısının şəkilləri var, çəkilmış təsvirlərə baxıb bunu müəyyənləşdirmək o qədər də çətin deyil. Müəllimlərdən Məmmədov Cavanşirin 70 yaş, Yolçuyev Asifin 65 yaş, Hüseynov Nizami, Nurəddin müəllim və s.kimi müəllimlərin də yaş həddi çoxdan keçsə də, direktor onları çıxartmır, çünki bu şəxslər onun korrupsiya şəbəkəsinin üzvləridir.

Ümumiyyətlə, bu gün Gəncə Dövlət Regional Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərini kollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri "təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə, restoranlarda ofisiantlıqla məşğul olurlar...”.

Gəncə Regional Kollecinin bir qrup müəllimi adından

Asif Süleymanov, Aslan Əliyev


Bir daha adıçəkilənlərin söz haqqını tanıdığımızı bəyan edirik!

 

"Demokratik.Az"

Xəbər 3569 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16742] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00846] calend [0.00045] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.00573] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14784]