Partlayan bina Ziya Məmmədovun oğlunun imiş

  • 27 yan 2018, 13:25

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada partlayış baş verib. İlkin ehtimallara görə, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxladıq.

İ.Kərbalayev Cebhe.info-ya açıqlamasında bildirdi ki, hadisənin qaz sızmasından baş verməsi ilkin ehtimaldır: "Araşdırmalar davam edir. Hadisə yerində olan əməkdaşlarımız araşdırma aparır. Araşdırmalar bitdikdən sonra yekun nəticə ilə bağlı ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Biz yeni binalarda mütəmadi olaraq monitorinq aparırıq. Hələ ki, hadisənin baş vermə səbəbi dəqiqləşməyib”. 

İ.Kərbalayev partlayış baş verən qaz xəttinin "Azəriqaz” İstehsalat Birliyinə aid olmadığını da deyib: "Binaya gedən qaz xətti həmin binanı tikən MTK-ya məxsusdur”. 

Qeyd edək ki, partlayış baş verən bina sabiq nəqliyyat naziri Ziya Məmmədovun şirkəti "Garant Holding” tərəfindən inşa olunub. Həmin bina qeyri-rəsmi olaraq Anar Məmmədovun ("Garanat Holding”in icraçı direktoru, Ziya Məmmədovun oğlu-müəl.) binası adlandırılır və 2006-cı ildə istifadəyə verilib. Binadakı mənzillərin kifayət qədər bahalı olduğu deyilir. 

Vilayət Muxtar 

Oxşar xəbərlər