Prezident İlham Əliyevi təhqir edən radio cəzalandırılıb

  • 26 yan 2018, 08:54

RTÜK (Türkiyənin Radio və Televiziya qurumu)  Azərbaycanın prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlərin yer aldığı proqrama görə  "Show Radio”nu cəzalandırıb. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum "Matrax” adlı proqramın kommersiya rabitə gəlirinin yüzdə beşi nisbətində inzibati pul cəzası və proqramın yayımının beş dəfə dayandırılmasına qərar verib. Bu cəzadan sonra eyni radio tərəfindən bir il içində bənzər bir yayım edilərsə, on günə qədər yayımı dayandırılacaq. Daha sonra isə, təkrar halında, radionun yayını durdurulacaq. Bununla yanaşı  yayım lisenziyasının ləğv edilməsi barədə də qərar verilə bilər.

Qeyd edək ki, aparıcılığını Zeki Kayahan Coşkunun  etdiyi  sözügedən proqramın 16 yanvar 2018 tarixində, 22.00-01.00 saatları arasında yayımlanan bölümündə Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlər səsləndirilmişdi.

Oxşar xəbərlər