Milyarder: "OPEC+ anlaşmasından tədricən çıxmaq lazımdır"

  • 25 yan 2018, 14:56

Bu ilin aprel ayında qlobal neft bazarında tarazlıq qazana bilər, bundan sonra neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ anlaşmasından tədricən çıxmağı müzakirə etmək lazım gələcək.

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.

O, bildirib ki, bazarda balans yaratmaq üçün normativ kimi hazırda mövcud olan 146 mln. barel artıq neft ehtiyatı qəbul olunmalıdır: "Apreldə yəqin ki, neft bazarı tarazlaşacaq. O zaman nazirlər vəziyyətdən tədricən çıxışı müzakirə etməli olacaqlar. Əminəm ki, OPEC+ nazirləri məsələni müzakirə edərək, ölkə büdcəsini formalaşdırmaq üçün uyğun qiymət səviyyəsində bazarı balanslaşdıracaqlar".

V.Ələkbərovun sözlərinə görə, ötən il dünyada 7 mlrd. barel həcmində neft ehtiyatı aşkar olunub: "Bu rəqəm adətən 20-70 mlrd. dollar təşkil edirdi. Geoloji araşdırmalara investisiyalar xeyli azalıb. Bu da yaxın 3-5 ildə neft məhsullarının qiymətinin kəskin artacağını göstərir. Əgər OPEC+ anlaşmasının müddəti daha 1 il uzadılsa biz investisiya layihələrimizi gözdən keçirməyə məcbur olacayıq".

Oxşar xəbərlər