5 nəfərin yaralandığı dəhşətli qəzadan - VİDEOGÖRÜNTÜ

  • 16 yan 2018, 17:31

Lənkəran - Lerik yolunda qəza olub.

ARB TV xəbər verir ki, hadisə səhər saat 6 radələrində Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Nodar kənd sakini Teymur Zərbiyevin sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Avtomobildə olan 5 nəfər - Lerik rayon sakinləri, 64 yaşlı Nurxan Zərbiyev, 40 yaşlı Teymur Zərbiyev, 40 yaşlı Şəhla Zərbiyeva, 58 yaşlı Aygün Kişiyeva, 31 yaşlı Adoğlan Kişiyev xəsarət alıb.

Yaralılar kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.


Oxşar xəbərlər