Kiyev Rusiya bazalarına hücum etmədiyini bildirdi

  • 12 yan 2018, 07:58

Rəsmi Kiyev  Rusiyanın Suriyadakı hərbi bazalarına hücum cəhdlərində əlinin olduğunu inkar edib.   

 

APA-nın "UNİAN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Viktoriya Kişner bildirib.  

 

"Bu növbəti informasiya hücumudur. Biz bu xəbərləri inkar edirik”, - deyə Viktoriya Kişner bildirib.

 

Qeyd edək ki, budan əvvəl Rusiya SQ Baş Qərargah rəisi ölkənin Suriyadakı hərbi bazalarına   PUA-ların hücumunda "Ukraynanın izi” olduğunu qeyd edib. Məlumata görə, bombaların tərkibindəki partlayıcı maddələr Ukraynanın Şotkinski kimyəvi reaktivlər zavodunda istehsal edilib.   

 

Demokratik.Az

Oxşar xəbərlər