Çavuşoğludan İran və Rusiyaya çağırış: "Əsədi dayandırın"

  • 10 yan 2018, 12:02

İran və Rusiya Əsəd rejimini dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Əsəd rejiminin İdlib istiqamətində atəşkəsi pozduğunu bildirən XİN rəhbəri, Tehran və Moskvanı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Mövlud Çavuşoğlu həmçinin YPG-nin dəvət ediləcəyi halda Türkiyənin Soçidə keçiriləcək danışıqlara qatılmayacağını bir daha xatırladıb.

 

Oxşar xəbərlər