Türkiyədə PKK-nın silah-sursat anbarları tapılıb

  • 09 yan 2018, 20:33

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Haqqari bölgəsində PKK terrorçu təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, PKK terror təşkilatına məxsus, içərisində çoxlu sayda silah və sursat, terror məqsədi ilə istifadə olunan zəruri ləvazimatların olduğu böyük anbarlar ələ keçirilib.

Bundan başqa, Adana şəhərində terror hazırlığı görən 8 PKK tərəfdarı həbs olunub. Ölkənin Diyarbəkir bölgəsində isə bir sıra dağ kəndində komendant saatı tətbiq olunub.

Oxşar xəbərlər