Ordumuzun zabitlərinə tapşırıq: Hazır olun!

  • 08 yan 2018, 19:00

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.

"Demokratik.Az"-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Müdafiə naziri 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan müdafiə naziri hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

"Demokratik.Az"

Oxşar xəbərlər