Yəhudi dövləti 43 raketlə bombalandı – İlin hesabatı

  • 08 yan 2018, 08:28

Qəzza sektoru və Sinay yarımadasından İsrail ərazisinə 43 raket buraxılıb.

Bu barədə İsrail ordusunun Tvitter hesabında məlumat yayılıb.

Buna cavab olaraq ordu Qəzzada 59 obyekti, o cümlədən təlim düşərgələrini, atəş mövqelərini, silah anbarlarını və gözətçi məntəqələrini hədəf alıb.

Bundan əlavə, İsrail ordusu terrorizmin maliyyələşdirilməsi üçün ayrılan 2,87 milyon dolları, 455 müxtəlif çaplı silahı ələ keçirib, o cümlədən 42 gizli yeraltı silah anbarını aşkara çıxarıb.

Oxşar xəbərlər