Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:50 - 07.12.2019  
2017-ci il - təhsildə YENİLİKLƏR İLİ kimi
Tarix: 31-12-2017, 10:11 | Bölmə: ---

2017-ci il - təhsildə YENİLİKLƏR İLİ kimi"Demokratik.Az" "Trend"-ə istinadən xəbər verir ki, 2017-ci il Azərbaycanda bir çox sahələr kimi təhsil sahəsi üçün də yeniliklərlə dolu bir il kimi yadda qalacaq.

Cari il ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırıldı. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olundu.

2017-2018-ci dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirildi.

Bu il Bakı və Sumqayıt şəhərlərindəki orta məktəblərdə "Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan "Sağlam təhsil” siniflərinin də sayı artırıldı. Hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 orta təhsil müəssisəsində 168 "Sağlam təhsil” sinfi fəaliyyət göstərir, 3748 şagird bu layihədə iştirak edir.

2017-ci ildə ilk dəfə olaraq, ölkəmizdə daha az məsrəflə başa gələn, qısa müddət ərzində istənilən relyefdə quraşdırıla bilən, asan daşınan, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırıldığı modul tipli məktəblər fəaliyyətə başladı. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay və digər rayonlarda inşa olundu. Bu günədək 73 modul tipli məktəbin inşası başa çatdı, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra bu il ilk dəfə olaraq məktəb zəngi çalındı.

2017-ci ilin ən mühüm hadisələrindən biri də müəllimlərin əməkhaqları ilə bağlı oldu. Belə ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin maaşı artırıldı. Bu artım 2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olundu.

Cari ilin əsas yeniliklərindən biri də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının ödənişli olması, başqa sözlə, imtahanda iştirak etmək üçün abituriyentlər tərəfindən xidmət haqqının ödənilməsi ilə bağlı qərarın verilməsi oldu. Bu qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğ dövlət büdcəsi hesabına ödənilir. Abituriyent ikinci dəfə imtahan verdikdə isə ödəniş öz vəsaiti hesabına olur.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirildi.

2017-ci ildə ali məktəblərdə "SABAH” qruplarının ilk məzunlarının buraxılış mərasimi keçirildi.

Bu il "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” daha da təkmilləşdirildi. 2017-ci ildə də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi elektron sənəd qəbulu əsasında həyata keçirildi. Transfer.edu.az portalı vasitəsilə 1191 nəfər tələbə köçürüldü.

Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar 2017-ci ildə magistraturaya qəbul olan oğlanların sayı ötən illə müqayisədə 74 faiz artdı. 2017-ci ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil etdi. Ümumilikdə, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.

2017-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş yataqxanasının ərazisində 1000 nəfərlik müasir yataqxana kompleksinin tikintisinə başlanıldı. Yataqxana növbəti dərs ilinə tələbələrin istifadəsinə veriləcək.

Bu il Azərbaycanın 6 universiteti Böyük Britaniyanın "Quacquarelli Symonds” agentliyi tərəfindən hazırlanan "İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq cədvəlinə daxil oldu. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlində Azərbaycanın ali məktəblərinin sıralamasına Bakı Dövlət Universiteti başçılıq edib. Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100) yer ala biliblər.

2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olundu. Artıq ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə həyata keçirdiyi "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

2017-ci ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verildi.

Bütün bunlar onu deməyə əsas verir ki, 2018-ci ildə də təhsil sahəsində bir sıra uğurlu yeniliklərin şahidi olacağıq. (Trend)

Demokratik.Az

Xəbər 1824 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.46700] initstartout [0.00027] initstartin [0.00108] calstart [0.03557] calend [0.00079] topnewsend [0.00648] rsssend [0.00000] ehgend [0.01536] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40646]