Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:30 - 20.05.2019  
Nazirlikləri qohum-əqrəbası ilə dolduran məmurlar
Tarix: 27-12-2017, 20:06 | Bölmə: ---

Dünyanın əksər yerində olduğu kimi, Azərbaycanda da yüksək vəzifəyə gedib çatmaq heç də asan deyil. Bunun enişli-yoxuşlu yolları, əzab-əziyyəti var. Təbii ki, söhbət kiminsə himayədarlığı sayəsində tez bir zamanda "yağlı kökə” tapanlardan getmir.Təəssüf ki, belələri az deyil və asan yolla vəzifə təyinatı alan bu şəxslər işə başlayan kimi çapıb-talamağa cəhd göstərirlər. Bir çox hallarda da buna nail olmağı bacarırlar. Onların bu əməlləri daha yüksək vəzifədəki "dayıları” işdən atılanda faş olur.

Nazirlikləri qohum-əqrəbası ilə dolduran məmurlarModern.az-ın yazdığına görə, bir sıra hallarda ölkə rəhbərliyinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi məmurlar dərhal "qohumbazlıq xəstəliyi”ni biruzə verir, tez bir zamanda nəzarətinə verilən qurumu öz qohum-əqrəbası, qardaşoğlu, bacıoğlu, yeznə-qayın, baldız, qohum-qonşu, tanış-bilişi ilə doldurur...

Yeyən kim, talayan kim, öz maraqları naminə pul silən kim... Maraqlar toqquşduğundan hamı bir-birinin səhvini bir növ malalamaqla məşğul olur. Rəhbər şəxs vəzifə ilə sağollaşan kimi isə payızın sarı yarpaqları kimi tökülməyə başlayırlar. Lap elə bu günlərdə 17 illik "taxt-tacı”ndan edilən eks-vergilər naziri Fazil Məmmədov kimi... 

F.Məmmədov sabiqlər sırasına qatılandan sonra məlum oldu ki, sən demə bacısının əri onun tabeliyində olan nazirlikdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyirmiş. Qaynı postundan uzaqlaşan kimi isə Namiq Quliyev ərizə yazaraq işdən ayrılıb... Amma bu, yalnız faktlardan biridir...

"Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir.

Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev sayta deyib ki, yaxın qohumların eyni qurumlarda, tabeli münasibətlərdə çalışması yolverilməzdir:

"Bu maraqlar toqquşmasına, korrupsiya faktlarının artmasına, etik davranış qaydalarının pozulmasına gətirib çıxarır. İstər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq qanunvericilikdə qohumların eyni müəssisələrdə, tabeli münasibətlərdə işləməsinə icazə verilmir. Eyni zamanda, bir-birinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirilməsi maraqlar toqquşması şəraiti hesab olunur. Çox təəssüf ki, bizdə ayrı-ayrı nazirliklərdə tabeli münasibətlərdə qohumlar çalışır.Hətta nazirliyin mərkəzi Aparatı ilə yerlərdəki strukturlarında çalışan, birbaşa həmin qurumların vəzifəli şəxslərinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirən şəxslərin bir-birilə qohumluq əlaqələrinin olması barədə faktlar var. Bunlar tez-tez rast gəlinən hallardır. Təəssüf ki, bir sıra hallarda "Korrupsiya qarşı mübarizə haqqında” Qanunun, eyni zamanda "Dövət qulluğu haqqında” Qanunun tələblərinin pozulmasının şahidi oluruq”.

 Hüquqşünas belə faktların mövcudluğunun sirr olmadığını bildirib: "Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”.


Qeyd edək ki, bu məfhum adını latınca "bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.

Ə.Nuriyevin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması qadağan olunmasına baxmayaraq, tətbiqi mexanizmləri yoxdur:

"Hətta bu məsələlərə görə məsuliyyəti müəyyənləşdirən normalar da yoxdur. Bu sahədə qanunda boşluqlar var. Əlbəttə ki, bu, seçkili orqanlara şamil olunmur. O şəxslər ki, konstitusion institutların təşkilindədir, onların qohumları ilə birlikdə çalışmaları qadağan olunmur.

Problemin aradan qaldırılması üçün maneələrdən biri də vəzifəli şəxslərin maraqlarını toqquşmasının qarşısının alınması haqqında qanunun olmamasıdır. Bu da müəyyən dərəcədə problemi həll edə bilər”

Xəbər 1856 dəfə oxunub






Oxşar xəbərlər

Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17602] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00838] calend [0.00046] topnewsend [0.00396] rsssend [0.00000] ehgend [0.01495] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14696]