FHN itkin alpinistlərin axtarışına başlayıb

  • 27 dek 2017, 15:37

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən APA-ya bildirilib ki, "Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb.

Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

"Report"un xəbərinə görə, itkin düşənlərdən biri "Gilavar” - hava və ekstrim idman klubunun üzvü Babur Hüseynovdur. O, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Bu barədə sayta klubdakı mənbə məlumat verib.

Oxşar xəbərlər