Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:29 - 18.10.2019  
İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşüb - cinayət dosyesi
Tarix: 25-12-2017, 17:26 | Bölmə: ---

Sabiq nazirin pullarını dövr etdirən dostu Fəxrəddin Qəmbərov yoxa çıxıb; onun ofşor zonalarda qurduğu şirkətlərin qara işləri beynəlxalq təşkilatların hesabatlarında da yer alır...

İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşübSabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasında "maliyyə xəyanəti”nə yol verməsi haqda olan xəbərlərin həqiqiliyinə dəlalət edən məlumatlar yayılmaqdadır. Ötən saylarımızdan birində yazmışdıq ki, iş adamlarından büdcəyə ödəmək adı ilə yığılan pulların əhəmiyyətli bir hissəsinin gizli yollarla xaricə çıxarılıb. Söhbətin ölkədən çıxarılan 4.5 milyard manatdan getdiyi haqda iddialar vardı.

1 milyard dollar hara "axıdılıb”?

Gələn məlumatlara görə sahibkarlardan toplanan, hesab-kitabdan gizlədilən azı 1 milyard dolların kimlər vasitəsilə ölkədən çıxarılmasından söhbət gedir. İş üzrə qeyri-rəsmi araşdırmalarla yanaşı rəsmi də hərəkətlilik var. Hətta cinayət işinin başlandığı və istintaqçıların "qara pulların” izinə düşdüyü də bildirlir. Ən azı 1 milyard dolların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşınmaz əmlakın alınmasına yatırıldığı haqda iddialar var.  Azpolitika.info yazır ki, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də maliyyə fəaliyyətinin araşdırılmasına başlanılıb. Nazirliyin iş adamlarından toplanan pulların dəqiq hesablaması aparılıb.  Üzə çıxan isə iş adamlarından yığılmış milyard dollardan artıq "cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə "yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı olub. Bundan sonra Fazil Məmmədov "maliyyə xəyanəti”nə yol verən məmur kimi işdən qovulmasına qərar verilib.

Yeni nazir 1 milyard dolları ölkəyə qaytara biləcəkmi?

Sayt yazır ki, hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasının təminidir. Artıq fakt üzrə cinayət işinin başlanması xəbəri də var. "Qara pul”ların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov Fazil Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məmmədov onu ən gəlirli  vəzifələrdən birinə - Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib.

Fazil Məmmədovun "qara pullarını” Fəxrəddin Qəmbərov "yuyub”

F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onun namizəd olduğu dairə də daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib. Bundan sonra Qərb bölgəsindən olan Qəmbərovu Məmmədov bölgənin mərkəzi şəhərinin - Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib.  Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə "açılmağa” başlayıb. İş adamlarından yığılan qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman "çirkli pulların” ofşor şirkətlər vasitəsilə "yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək  xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib. F.Qəmbərovun ölkədən çıxarılan "çirkli pul”ları hansı vasitələrlə "təmizləyərək” biznes layihələrinə yönəltdiyi, "it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur.

Ancaq ötən il "Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov "böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s. satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında "FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: "Bundan sonra şirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi ”Triangle Investments & Development LTD" şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi "Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il "Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır - o şirkətdən "Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor - Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, "FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində "FG Capital LLC” törəmə şirkəti də var".

"MTN işi”ndən sonra Fəxrəddin Qəmbərov yoxa çıxıb

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmələrdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, "yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.

Sabiq nazirin müxtəlif ölkələrdəki 100 milyonlarla dollarlıq layihələri!


İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşüb

 

Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək "AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə - "Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov "Triangle Group”un İdarə Heyətində təmsil olunur. Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan "Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. "Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan "4 In” şirkətinin də rəhbəridir. Onun adı Monteneqronun Kumbor adasından tutmuş,  Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır.

Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına xaricdə yaradılan cənnət-məkanlar...

Düzdür, Qafar Qurbanovun "maliyyə xəyanətinə” yol verdiyi və  onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da "kiçik oyunçu” olmayıb. "Azadlıq radiosu”nun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu "Triangle İnvestments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir. Kifayət qədər iri bir şirkət olan "Triangle İnvestments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlaklar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar. Qrupun təkcə Litvada 2 lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil "Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində,  İngiltərənin paytaxtı Londonda, Fransada  və  hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur.  Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış "Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki,  bu alqı-satqı da formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya  yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait "yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana böyük zərbə vurduğunu söyləməyə əsas verir.

E.HÜSEYNOV,
"Yeni Müsavat"

Xəbər 1984 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28654] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00913] calend [0.00050] topnewsend [0.00464] rsssend [0.00000] ehgend [0.04323] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22750]