Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:47 - 22.10.2019  
Gürcüstan Azərbaycana qarşı ŞOK qərar
Tarix: 25-12-2017, 09:12 | Bölmə: ---

Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz verilir; Natiq Miri: "Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən silah daşınmayacaq”

Gürcüstan Azərbaycana qarşı ŞOK qərarErmənistan prezidenti Serj Sərkisyan dekabrın 25-də Gürcüstana iki günlük işgüzar səfər edəcək. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Serj Sərkisyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kverkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşəcək.

Sərkisyanın səfəri öncəsi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.

Müxalif "Milli hərəkat” Partiyasının tələbi ilə Georgi Kvirikaşvili parlamentdə açıqlama verməli olub. O deyib ki, bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış "Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə ediləcək: "Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”.

Hökumət başçısının bu bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tiflisin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.

Gürcüstanın sabiq xarici işlər naziri, müxalifətdəki "Vahid milli hərəkat” Partiyasının üzvü Qroqol Vaşadze bildirib ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır: "Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil”.

Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərini açıqlamağa çağırıb.

Modern.az-ın  yazdığına görə, Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir, belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını  Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir).


Gürcüstan Azərbaycana qarşı ŞOK qərar

 

 

Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya)-Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğundur.

Dəmiryolu rentabelli deyil, belə ki Rusiyadan Ermənistana malların daşınması 40 günə qədər uzana bilər. Bərə yolu da xeyli mürəkkəbdir. Dağıstan vasitəsilə (Avar-Kaxeti yolu) daşınma da pis alternativdir, çünki birincisi, bu yol təhlükəsiz deyil. İkincisi, bu marşrutun seçilməsi əvvəlcədən logistikaya yatırımlar tələb edir.

Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 1990-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Larskeçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.

Bu baxımdan fors-major situasiyalarda Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir. Rəsmi Bakı hələlik bu məsələyə reaksiya verməyib.

Politoloq Natiq Miri "Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Gürcüstan hökumətinin bu addımı Azərbaycanın maraqlarına ziddir. Bunu hətta Azərbaycana xəyanət kimi də dəyərləndirmək mümkündür. Çünki həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından bütün səviyyələrdə Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir, Gürcüstanın iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var: "Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də Gürcüstana Azərbaycandan çox ciddi dəstək verilir. Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Gürcüstan Azərbaycanın torpaqlarını işğal edən və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır. İşğalçı ölkəyə faktiki olaraq ciddi nəfəslik vermək Azərbaycana qarşı hərəkətdir. Gürcüstan işğalçı dövlətə dəstək verirsə, bu, Azərbaycanla münasibətlərə şübhəsiz ki, mənfi təsir edə bilər. Gürcüstanın baş naziri Ermənistana ərzaq məhsullarının daşınması üçün dəhliz verəcəklərini deyir. Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən işğalçı Ermənistana Rusiyadan silah daşınmayacaq. Gürcüstan dövləti buna nəzarət edə biləcəkmi? Bu suala müsbət cavab vermələri çətindir”.

Gürcüstan Azərbaycana qarşı ŞOK qərar

Politoloq qeyd etdi ki, Gürcüstan hökuməti əslində ölkə  ərazisindən Ermənistana silah daşınmasına qətiyyən imkan verilməyəcəyi ilə bağlı Azərbaycana verdiyi zəmanəti pozmuş olur: "Gürcüstan hökumətinin Ermənistana fors-major vəziyyətlər adı ilə dəhliz verməsi bu zəmanətin pozulması sayıla bilər. Həmin dəhlizdən Ermənistana silah keçiriləcəyi şəksizdir. Odur ki, Azərbaycan hökuməti Gürcüstan hökumətinə ciddi etirazını bildirməlidir. Azərbaycanın Gürcüstana müəyyən təzyiq mexanizmləri də var. Tiflisə xatırladılmalıdır ki, bu mexanizmlər işə salına bilər. Gürcüstanın təhlükəsizlik sistemi təkcə avroatlantik məkanla bağlı deyil. Bu gün Gürcüstanın əsas təhlükəsizliyi Azərbaycan-Gürcüstan-Türkiyə formatı səviyyəsində də təmin olunur. Bunu Tiflis gözardı etməməlidir. Gürcüstan Ermənistanla münasibətlərdə, qərarlar verəndə Azərbaycanın strateji maraqlarını və təhlükəsizliyini nəzərə almaq məcburiyyətindədir. Ona görə də Bakı tərəfindən Tiflisə ciddi xəbərdarlıq olunmalıdır”.

Sərkisyanın bu günə nəzərdə tutulan Gürcüstan səfərinə toxunan N.Miri dedi ki, Ermənistanın öz yanlış siyasəti üzündən blokadada olması vəziyyəti İrəvanı Tiflislə münasibətləri yaxınlaşdırmaq və Gürcüstan ərazisindən daha geniş səviyyədə yararlanmaq məcburiyyətində qoyur. Son zamanlar Gürcüstana Ermənistan rəsmilərinin səfərlərinin çoxalması, indi də Serj Sərkisyanın səfəri bununla bağlıdır: "Ermənistan həm də bununla çalışır ki, Gürcüstanla Azərbaycanın münasibətlərinin soyuqlaşmasına nail olsun”.

Həmsöhbətimiz hesab edir ki, Ermənistanla əlaqələrin sıxlaşdırılması üçün Gürcüstan hakimiyyətinə Rusiyadan təzyiqlər var: "Rusiya Abxaziyadan keçən dəmiryol xəttini açmaq üçün dəfələrlə Gürcüstan hökuməti ilə danışıqlar aparıb. Lakin müsbət nəticə olmayıb. Düşünürəm ki, gürcü hökumətinin son qərarında Moskvanın da təsiri olub”.

Etibar SEYİDAĞA, - Y.M

Xəbər 2312 dəfə oxunub






Oxşar xəbərlər

Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29351] initstartout [0.00022] initstartin [0.00116] calstart [0.01311] calend [0.00082] topnewsend [0.00722] rsssend [0.00000] ehgend [0.00915] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26086]