Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Eldar Mahmudov Akif Çovdarovla üzləşdirildi və...
Eldar Mahmudov Akif Çovdarovla üzləşdirildi və...
- 16 dek 2017, 22:47
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən istintaqa çağırılıb. Virtualaz.org xəbər verir ki, Mahmudov əvvəlki günlərdən fərqli olaraq bir neçə saatlıq dindirmədən sonra buraxılmayıb, o, səhər saat 9-dan etibarən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.
"AzPolitika” saytı bildirir ki, Mahmudovu idarədən günorta cəmi 1 saatlıq nahara buraxıblar. Günün ikinci yarısında onun idarədə MTN-in keçmiş idarə rəisi Akif Çovdarovla üzləşdiriləcəyi gözlənilirdi. Məlumata görə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi və ölkədən xaricdəki hesablara 1 milyard dollar çıxarması ilə bağlı dindirilir. Lakin bu, Mahmudovun işində epizodlardan biridir. O, keçmiş köməkçisi və yaxın qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə də dindirilir. Məlumata görə E.Mahmudov artıq keçmiş köməkçisi ilə üzləşdirilib.

Xatırladaq ki, son günlər E.Mahmudovun dindirilməsi intensivləşib. O, dünən də istintaqa çağırılmışdı və axşam saat 21.00-ə qədər dindirilib. Mənbələr bildirirlər ki, bu gün Mahmudova istintaqda verilən suallar daha mürəkkəb olduğundan o, olduqca gərgin imiş. Dindirmənin intensivləşməsi Mahmudovun yaxın günlərdə əllərinin qandallanacağını təxmin etməyə əsas verir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Eldar Mahmudov həbs oluna bilər
Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə
Eldar Mahmudov “61"i haqladı-səssiz və həbs təhlükəsi ilə üz-üzə
Eldar Mahmudov üçün həyəcanlı həftə
Eldar Mahmudov istintaqla anlaşıb, yoxsa həbsə razılaşıb - rəy
Eldar Mahmudov üzə çıxdı
Eldar Mahmudovun əmisi oğlu həbs edildi
Eldar Mahmudov hansı məmurları “vurmaq” istəyib?
Eldar Mahmudovun həbsinə hazırlıq...
Eldar Mahmudovun Avropadakı biznesinin siyahısı böyüyür
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti