Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:58 - 25.05.2019  
Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə
Tarix: 17-12-2017, 11:23 | Bölmə: ---

Çovdarov sabiq şefini satıb; keçmiş nazirin ölkədən çıxardığı 1 milyardla bağlı müstəntiqə ifadə verdiyi deyilir; Fazil Məmmədovun da 4.5 milyardlıq "qara pul” əməliyyatı "MTN işi”nə birləşdirilə bilər

Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişməSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dekabrın 15-də Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində yenidən dindirilib. Sabiq nazirlə bağlı istintaq hərəkətləri davam etdirilib. İstintaqın gedişi ilə bağlı yayılan məlumatlarda iddia edilir ki, Eldar Mahmudov ölkədən çıxarılan daha 1 milyard dolların taleyi ilə bağlı dindirilir. Bu 1 milyard onun oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülüb.

Sayt yazır ki, istintaq prosesində yenilik də üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon

dolların taleyi ilə bağlı suallara cavab verərkən bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

Yada salaq ki, Eldar Mahmudovu buna qədər Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə artıq 2 dəfə dindiriblər. Əvvəlki dindirmələrin əmisi oğlu və köməkçisi vəzifəsini daşımış Vüqar Mahmudovun cinayət işi çərçivəsində gerçəkləşdiyi bildirilirdi. V.Mahmudov ləğv olunmuş MTN Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Eldar Mahmudovun dekabrın 15-də istintaqda dindirilməsi ilə bağlı yayılan xəbərdən isə belə aydın olur ki, sabiq naziri ölkədən 1 milyard dollar çıxarılması ətrafında sorğu-sual ediblər. Mümkündür ki, keçmiş nazir həmin pulları ölkədən hazırda həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun vasitəsilə çıxarıb. V.Mahmudov bu il noyabrın 3-də həbs edildikdən sonra belə xəbərlər yayılmışdı ki, ondan Eldar Mahmudovun həbsinə əsas ola biləcək ifadələr alınıb.

Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə

Bildirilirdi ki, V.Mahmudov E.Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb.

 Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Belə xəbərlər də var ki, Eldar Mahmudovu "sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər.

2015-ci ilin oktyabrında "MTN işi” başladılan günlərdə bu xəbərlər yayılsa da, ötən 2 il ərzində məlumatlar araşdırılmamış qaldığı kimi görünürdü. İndi isə aydın olur ki, istintaq bu məsələləri araşdırmaqdadır. Bundan başqa həmin günlərdə "MTN işi”nin digər nazirliklərə sıçrayacağı da gözlənilirdi. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həqiqətən də araşdırmalar başlandı. Belə xəbərlər yayıldı ki, "MTN işi” araşdırması çərçivəsində Eldar Mahmudov çetesinin bir qolu da Vergilər Nazirliyinə uzanıb. Həmin günlərdə məsələ Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovun işdən çıxarılması və istintaqa cəlb olunması ilə məhdudlaşdı.

Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə

Yayılan xəbərlərə görə, ölkədən iri məbləğlərin çıxarılması məsələləri paralel olaraq Vergilər Nazirliyinin işdən qəfil uzaqlaşdırılan rəhbərliyi - sabiq nazir Fazil Məmmədov və komanda üzvlərinin barəsində aparılan qeyri-rəsmi araşdırmaların mövzusudur. Fazil Məmmədovla Eldar Mahmudovun qarşılıqlı dəstək şəkilində ölkədən iri məbləğlərin  çıxardıqları iddia olunur. Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən "qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı "ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin  idarəçiliyi ilə məşğul olur. "ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür.

Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib. Qeyd olunurdu ki, 2013-cü ildə Samir Qurbanov Vergilər Nazirliyində işdən çıxarılandan sonra tabel silahı ilə Vergilər Nazirliyinin əsas giriş qapısına, video kameralara atəş açıb. Bundan sonra Fazil Məmmədov onu həbs etdirib. Amma onu çox həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı Fazil Məmmədovu Xaləddin İsgəndərovun gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atıb. İlk addım kimi də Samir Qurbanovu həbsdən çıxartdırıb.

Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun. Vergilər Nazirliyinin sabiq rəhbərliyi haqda araşdırmalar rəsmi xarakter alarsa, Qurbanovların əli ilə görülən qara işlər də üzə çıxacaq. Ən azı istintaq materiallarında yer ala bilər. Mümkündür ki, sabiq nazirlərin - Eldar Mahmudovla Fazil Məmmədovun işi bir icraatda birləşdirilsin.

E.HÜSEYNOV,
"Yeni Müsavat"

Xəbər 3030 dəfə oxunub






Oxşar xəbərlər

“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18580] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00793] calend [0.00043] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.02413] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14836]