“Şəki Aqro İndastris” MMC-də ara qarışdı - işçilər təhdid olunur

  • 16 dek 2017, 13:22


İnanırıq ki, prokurorluq orqanı "Şəki Aqro İndastris” MMC-də baş qaldıran pendir özbaşınalığına və digər biabırçılıqlara biganə qalmayacaq!

 

Bir neçə gün öncə "Demokratik.Az" "Şəki Aqro İndastris” MMC-nin fəaliyyətində yol verilən ciddi nöqsanlar, eləcə də şirkətdaxili özbaşınalıqlar barədə məlumat yayımlayıb. 

Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi!  başlıqlı məlum xəbər oxucularımızda maraq doğursa da, tənqid hədəfimizin əks təsirinə də məruz qalıb. Daha doğrusu, öz nöqsanlarını aradan qaldırmaq fikrində, iqtidarında olmayanlar "pendir maxinasiyaları"nın ictimailəşdirilməsindən dərhal sonra şirkətdə işçilərə qarşı "Səlib Yürüşü"nə START verib.

 

ELÇİN MÜRSƏLOV - MMC-də "Söz sahibi" 

Şəkinin iri maldarlıq-heyvandarlıq təsərrüfatından "Demokratik.Az"a verilən yeni məlumata görə, "Turanbank" rəhbərliyinin göstərişi ilə analoji olaraq işçilərin hər birindən izahatlar alınır, onlara müxtəlif hədə-qorxular edilir. Məqsəd isə yazıdakı fotomüəllifin - məlumatları saytımıza sızdıran işçilərin kimiliyini aydınlaşdırmaq və vicdanlı vətəndaş kimi davranmış həmən işçiləri işdən qovmaqdır. Bu isə yolverilməzdir. Azı ona görə ki, əməllərinə görə vicdanı qarşısında, qanunlar qarşısında cavab verməli olan Mürsəlovlar, Ağalarovlar və onların havadarları olan Musayevlərdir. 

"Demokratik.Az"-a verilən yeni məlumatlardan aydın olur ki, "Şəki Aqro İndastris” MMC-də qeyri-rəsmi yollarla "at oynadan" Elçin Mürsəlov qardaşı Emil Mürsəlova ("Turanbank”ın Marketinq və satış departamentinin direktoruna-red) güvənərək özbaşınalıqlarını davam etdirir. İşçilərin dediyinə görə, hətta qardaşının tapşırığı ilə onları hədələyən, izahatlar tələb edən də Elçin Mürsəlovdur.

EMİL MÜRSƏLOV - "Turanbank"da vəzifəli şəxs

Mürsəlovlara 1 sual - 2 cavab

Qardaşlar, sizin o şirkətdə nə işiniz var?

Bu ünvanda Mürsəlovların hegemonluğu ötən ilin iyun-iyul aylarından revanş götürüb. Məlumata görə, "Şəki Aqro İndastris” MMC-nin keçmiş direktoru öz postunu təhvil verər-verməz "Turanbank" rəhbərliyi Emil Mürsəlovun xahişi ilə dostu Elşən Ağalarova etimad göstərib. Beləcə, direktorluq postunu son illərdə koordinasiya edən, tez-tez də Şəkiyə gedən Emil Mürsəlov təbii ki, digər qeyri-rəsmi işlərini qardaşı Elçindən qeyrisinə etibar edəsi deyildi. "Bunlar məsələnin görünən tərəfidir"-deyə bilərik. Əslində mühüm bir məqamı vurğulasaq hər şey aydın olacaq.

"Demokratik.Az"ın araşdırmasına görə, səhnənin arxasında "Şəki Aqro İndastris” MMC- nin baş ssenaristləri var. Hələlik onu deyək ki, Emil Mürsəlov bütün tapşırıqları "Turanbank" rəhbəri Fuad Musayevdən alır. Fuad Musayev isə məşhur bankir atası Məmməd Musayevin diqtəsi ilə hərəkət edir. (bu barədə ayrıca yazımızda tanış olacaqsınız - bizi izləyin!)

"Şəki Aqro İndastris” MMC-nin fəaliyyətində vergidənyayınma halları da mövcuddur. İddialara görə, bu günlərdə nazir postundan azad olunan Vergilər naziri Fazil Məmmədova MTN-in sabiq şefi Eldar Mahmudovun diqtəsilə bu şirkətin gəlirləri vergidən yayındırılıb. Hazırda isə, Mürsəlovlar tərəfindən satılan tonlarla pendirin gəlirinə görə vergitutma mövcud deyil. Səbəb isə,"Bəylik" pendirinin çoxunun açıq satışla satılması, beləcə gəlirin asanlıqla gizlədilməsinə şəraitin yaradılmasıdır.

Əldə etdiyimiz son məlumatlara görə, son günlərdə şirkətə məxsus Hyunday markalı, Az99-JN-862 dövlət nömrə nişanlı avtomaşınla tonlarla açıq pendir çıxarılıb və əldə olunan vəsait mənimsənilib. İbrahim adlı bir fiziki şəxs isə özünə məxsus, yaşıl VAZ-2103 markalı, Az34-BA-754 dövlət nömrə nişanlı avtomobilində günaşırı açıq və mastitli-xəstə pendir daşıyaraq Şəkinin bazarında satır. Sonuncu maşın təkcə 12-14 dekabr tarixlərində şirkətə daxil olub və şor adı ilə hər dəfə 150 kq pendir alıb.

Onu da bildirək ki, bu kimi məlumatların dərindən araşdırılması üçün Azərbaycan Baş Prokurorluğuna, Şəki Prokurorluğuna və aidiyyatı digər instansiyalara müraciət etmişik. İnanırıq ki, prokurorluq orqanı "Şəki Aqro İndastris” MMC-də baş qaldıran pendir özbaşınalığına və digər biabırçılıqlara biganə qalmayacaq! 

 


 


 


 

Demokratik.Az

Qarşı tərəfin də söz haqqını tanıdığımızı bəyan edirik!

Mövzu diqqətimizdədir. Bu günlərdə "Şəki Aqro İndastris” MMC-nin dünəni, bugünü və gələcəyinə dair geniş yazını oxucularımızın diqqətinə çatdıracağıq.

   

Oxşar xəbərlər