"Broker Əbülfəz"in bacısı oğlu da avtoşluq edirmiş - VİDEO

  • 14 dek 2017, 19:51
Hamının maraq etdiyi və Dövlət Gömrük Komitəsinin rəsmiyyətdə tanımadığı Nüsrət Adıgözəlov kimin bacısı oğludur, bilin!

Demokratik.Az-ın məlumatına görə, "Broker” Əbülfəzin bacısı oğlunun avtoxuliqanlığı barədə məlumat yayılıb. Məlumata görə, Gömrük postlarından mal keçirib gətirən biznes adamlarına "yardımçı" - "vasitəçi" olan bir nömrəli "Broker” bir telefon zəngi ilə bacısı oğlunun avtoxuliqanlığını ört-bas etdirə bilib.


Məlumata əsasən, təxminən bir ay əvvvəl Bakı küçələrində yol polisləri ilə qovalama oynayaraq göstərdiyi şou ilə Azərbaycan gündəminə oturmuş şəxs Adıgözəlov Elvin Nüsrət oğlu olub
Adıçəkilən şəxs noyabrın 17-də Bakıda, Nərimanov rayonu ərazisində sərxoş halda polislərə tabe olmayaraq "10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilini Nizami rayonunun Çobanzadə küçəsində park edib, özü isə yaxınlıqdakı restoranlardan birinə girərək gizlənmişdi. Polis sərxoş sürücünün "BMW” markalı avtomobilini cərimə meydançasına aparsa da, sürücünü tapa bilməmişdi. Yayılan məlumatda göstərilir ki, Elvin Adıgözəlovun atası Nüsrət Adıgözəlov Dövlət Gömrük Komitəsində vəzifə sahibidir. Lakin Dövlət Gömrük Komitəsi az sonra həmin məlumatı təkzib etmişdi. 

Nüsrət Adıgözəlov "Broker Əbülfəz"in bacısı oğlu imiş!!!


Demokratik.Az-ın məlumatına görə, məsələ ilə bağlı araşdırma aparan saytlar məlum edib ki, Nüsrət Adıgözəlov həqiqətən Dövlət Gömrük Komitəsində çalışmır. Amma onun gömrük qurumlarına aidiyyatı var. Belə ki, Nüsrət Adıgözəlov "Broker Əbülfəz”in sağ əlidir. Daha doğrusu Nüsrət Adıgözəlov "Broker Əbülfəz”in bacısının həyat yoldaşıdır və polislərdə qaçdı-qovdu oynayan avtoxiliqan Elvin Adıgözəlov Əbülfəz Məlikovun dost-doğma bacısı oğludur. Elə Elvin Adıgözəlov da "Trans-Broker”də çalışır və dayısı üçün gömrükdə pul toplamaqla məşğuldur.

Mənbəmiz bildirib ki, polisdən qaçıb restoranda gizlənən Elvin Adıgözəlov sonradan məsuliyyətə cəlb olunmayıb. Onun məsuliyyətdən yayınması üçün isə Əbülfəz Məlikovun bir zəngi yetərli olub. 

Demokratik.Az-ın məlumatına görə, dayı birbaşa baş QAİ Ramiz Zeynalova zəng edib və hadisənin böyüdülməməsini generaldan rica edib. Bununla da son dönəmlərdə heç kəsə tanınmayan güzəşt BROKERə tətbiq edilib. Bu da Əbülfəz Məlikovun hansı gücə sahib olmasının daha bir sübutudur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Demokratik.Az

Oxşar xəbərlər