Leyla Əliyeva Gürcüstanda

  • 13 dek 2017, 08:29

Dünən - dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötdü.

 

Hər il olduğu kimi, bu il də Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edildi, bütün ölkə mərhum lideri andı, rayonlarda ucaldılan Heydər Əliyev abidələrinin önünə tər çiçəklər düzüldü. Bundan başqa, Heydər Əliyevin xatirəsi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də ənənəvi olaraq yad edildi.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan xalqının ümumilli liderin - babası Heydər Əliyevin - adını daşıyan parkda ucaldılan abidəni ziyarət edib. Bu barədə xanım Əliyeva İnstaqram səhifəsində bunları yazıb:

"Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət olundu".

Demokratik.Az

Oxşar xəbərlər