Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:15 - 17.10.2018  
Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə
Tarix: 12-12-2017, 09:24 | Bölmə: ---

"Sığorta Mamed”in oğullarının maliyyə maxinasiyaları haqqında ABŞ məhkəməsi ortaya faktlar qoyarsa...; proses maliyyə nazirimizi də zədələyə bilər

Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed” kimi məşhurdur-red.) ailə üzvlərinin başı üzərindəki qara buludlar çəkilmək bilmir.

İllər öncə Hacı Məmmədov tərəfindən oğurlanan kiçik oğlu üçün iki dəfəyə 850 min dollar ödəyən "Sığorta Mamed”in adı məlum qrupun məhkəmə prosesi boyu mətbuatın gündəmindən düşmədi. Həmin vaxt da, elə indi də cəmiyyəti maraqlandıran suallardan biri açıq qalmaqdadır ki, oğlu üçün ödədiyi 1 milyon dollara yaxın paranı dövlətə məxsus sığorta şirkətinin rəhbəri haradan əldə etmişdi? Cəmiyyətə məlum olmasa da, görünür, Hacı Məmmədov dəqiqliyi ilə məlumatlı olub M.Məmmədovun gəlir yolları barədə. Ona görə də qurbanları arasında yalnız ondan 2 dəfə pul tələb edib.

Bir il öncə isə şirkət rəhbərinin böyük oğlu həbsdən canını güclə qurtara bildi. Maliyyə naziri Samir Şərifovun adamı kimi tanınan Elmar Məmmədov Beynəlxalq Bankın rəhbəri postu ilə bərabər, az qala azadlığını da itirməli olmuşdu. Səbəb isə oğul Məmmədovun dollar qara bazarını kurasiya edənlərdən biri olmasının təsbit edilməsi idi.

Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə

 

 

Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə "qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər. "Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: "Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?!”

Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda E.Məmmədov və onun arxasındakı qüvvələrin qara bazarda qaz vurub, qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Hesab olunurdu ki, Beynəlxalq Bank və onun rəhbərliyinə nəzarəti həyata keçirən bir qurumun rəhbəri olaraq S.Şərifovun E.Məmmədovun qara bazardakı fəaliyyətindən məlumatsız olması mümkün deyil. Özü də elə bir zamanda ki, Beynəlxalq Bankın əvvəlki rəhbərliyinin böyük maliyyə fırıldaqları aşkarlanmış, ölkəyə səs salan cinayət işi üzrə məhkəmə istintaqı gedirdi. Bu şəraitdə hətta E.Məmmədovun nazirin başı üzərindən bütün dövlətin maliyyə sistemini çökdürməyə yönəlik fəaliyyətləri icra etməsi, S.Şərifovun isə bundan xəbərsiz qalması nazir üçün ən ciddi nöqsan sayılırdı. Lakin ötən ilin təxminən elə bu vaxtlarında proseslərin daha da dərinləşməsinə imkan verilmədi və E.Məmmədov, həmçinin "AzərTürk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqlab qrupun iş başından alınması ilə kifayətlənildi.

İndi isə M.Məmmədovun "AzərTürk Bank”ın "Mərkəz” filialının rəhbəri olan kiçik oğlu Əhməd Məmmədovun adı Amerikada İranın çirkli pullarının yuyulmasının təşkilində ittiham olunan Rza Zərrabın işində hallandırılır. Düzdür, Ə.Məmmədov mətbuata açıqlama verərək, cinayət işində adı keçən "Əhməd Məmmədov”un özü olmadığını, R.Zərrabı tanımadığını bildirib. Əhməd Məmmədov cinayət işindəki ad-soyad açıqlanan kimi insanların həmin şəxsin məhz o olması qərarına gəlməsinin səbəblərini açıqlaya bilməyib. Halbuki bu ailənin yaxın keçmişinə nəzər saldıqda, adlarının külli miqdarda maliyyə maxinasiyasında keçməsi faktının olması diqqəti cəlb edir.

Xatırladaq ki, R.Zərrab 2013-cü ildə İranın 87 milyard avro pulunun yuyulmasının təşkilatçısı kimi Türkiyədə həbs olunanda Azərbaycanla əlaqələrinin olduğunu etiraf etmişdi. Dollar qara bazarında çirkli pulların qazanılmasını təşkil edənlərdən biri olan Məmmədovlar ailəsinin Zərrab işində iştirakçı olması qənaətinin yaranması bəlkə də qeyri-adi görünməməlidir. Digər tərəfdən, əgər R.Zərrab işində adı keçən həqiqətən Əhəd Məmmədovdursa, onun indiki açıqlaması yalnız zaman qazanmaq məqsədli ola bilər. Çünki söhbət dünyanın ən hegemon dövləti, ən mükəmməl məhkəmə və kəşfiyyat sistemi olan ABŞ-dan gedir.

Bu ölkənin məhkəməsində kiminsə adı cinayət işində keçirsə, onunla bağlı bir məqam belə örtülü qala bilməyəcək. Mütəxəssislərin rəyincə, çox tezliklə ABŞ məhkəməsi adları keçən şəxslər, onların cinayət əməlində iştirakı barədə dəlilləri Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edərək, ölkə qanunvericiliyinə uyğun tədbirlərin alınmasını tələb edəcək. Bu zamansa həmin şəxslərin cəzadan yayınması mümkünsüz olacaq. Nəzərə almaq lazımdır ki, İran çirkli pullarının yuyulmasına görə Azərbaycanda böyük bir bankın  - "Royalbank”ın fəaliyyəti dayandırılıb. Hansı ki, həmin vaxtlar bankın lisenziyasının məhz ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı həmkarlarına ötürdükləri materiallar əsasında geri alındığı deyilirdi.


Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə

 

 

Onu da qeyd edək ki, Məmmədovlar ailəsinin hamilərindən biri kimi daim maliyyə nazirinin adı hallanır. Hətta E.Məmmədovun dollar qara bazarındakı maxinasiyalara görə həbsdən qurtulmasında da Samir Şərifovun böyük rolunun olduğu deyilir. Bu baxımdan, Məmmədovlar ailəsinin daha bir üzvünün adının çirkli pulların yuyulması işində keçməsi maliyyə nazirinin də reputasiyasına zərər gətirən bir məqamdır. Nəzərə aldıqda ki, maliyyə naziri hökumətdə ən mühüm postlardan biri olaraq daim müxtəlif qrupların hədəfində olur, eyni zamanda S.Şərifova qarşı olan qüvvələr son vaxtlar daha çox aktivləşiblər, onda bu vəziyyətin ona qətiyyən sərf etmədiyini söyləmək olar.

Bir məsələni də qeyd edək ki, son vaxtlar maliyyə naziri ilə bağlı xeyli sayda heç də xoş olmayan məlumatlar yayılmaqdadır. Ə.Məmmədovun R.Zərrabla əlaqələri üzə çıxarsa, bu, S.Şərifov üçün daha bir minus sayılmaqla onun mövqeyinə zərbə vurmuş olacaq.

TURQUT,
«Yeni Müsavat»

Xəbər 1074 dəfə oxunub






Oxşar xəbərlər

Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
Fikrət Yusifov məmurlara nəzarət mexanizmi təklif etdi - "İctimai nəzarət gücləndirilsin!"
Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”
BÜRCÜNÜZ – 14 oktyabr
Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb
Ağdamın Əfətli kəndindı mina aşkar edilib
Lüksemburqda parlament seçkiləri keçirilib
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Türkiyəli məşhur cütlük barışdı
Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu
Səudiyyə kralı Trampdan zəng gözləyir
HƏBSDƏKİ BANKİRƏ ŞOK İTTİHAM - Seçkilərə müdaxilə
Bakını pis günə qoymuş məmurlar hədəfdə
Nemət Pənahlıya 30 sutka həbs verilib
Trampın adamı Bakıya xüsusi təkliflə gəlir
Lotu Quli İstanbulda möhtəşəm sxodka keçirib - DETALLAR
“Prezidentə can borcum var” – jurnalist Səbuhi Məmmədli
Gəncədə FHN-in yeni "zirzəmi qənimi" KİMDİR? - Pulyığanın təqaüd yaşı olmurmuş
İnam Kərimov sədr təyin olunub - Sərəncam
Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib? - Açıqlandı
İranda BİABIRÇILIQ: - 11-14 yaşlı 650 qız ərə verilib
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Paşinyanın Serj Sərkisyan yolu və blef - İDDİA

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10766] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00724] calend [0.00040] topnewsend [0.00322] rsssend [0.00000] ehgend [0.00519] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09041]