Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:37 - 21.09.2018  
“Bakı Metropoliteni”nin işçiləri: “Rəhbərlik bizi ixtisara salmaq istəyir”
Tarix: 9-12-2017, 20:01 | Bölmə: ---

Aksiyaçılar deyirlər ki, ixtisarın hansı kriteriyalar əsasında aparıldığı onlar üçün qaranlıqdır

Dekabrın 9-da Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.

Aksiyaçılardan biri Sarı Əsgərov BBC Azərbaycancaya deyib ki, o, uzun illərdir bu qurumda çalışıb və ixtisara düşməsini eşidəndə çox təəccüblənib:

"İxtisaslı fəhləyəm, bir müddətdir, arada öz hesabımıza məzuniyyətə buraxırdılar, maaş ala bilmirdik. Amma yenə də dözürdük ki, iş yeridi. İndi mən hara gedim, ailəmi nə ilə dolandırım?"

"Adımız siyahıya qərəzli salınıb"

Qurumun Tunel Tikinti dəstəsi 2 saylı idarəsinin işçisi Tural Hüseynoğlu da adının "ixtisar siyahısında" olduğunu deyir:
"Ümumilikdə, 230 nəfərin ixtisara düşməsi ilə bağlı məlumat var. Bizim idarədə 70 nəfər ixtisara düşüb".

Tural Hüseynoğlunun sözlərinə görə, ixtisara düşənlərin əksəriyyəti gənc kadrlardır və o əlavə edir ki, ixtisarın hansı kriteriyalar əsasında aparıldığı onlar üçün qaranlıqdır:

"24 yaşım var, yeraltı qazmaçıyam, 5 ildir burda işləyirəm. Pis işçi sayılmıram, eləcə də adı siyahıda olanların çoxu yaxşı işçilər hesab olunub. Biz hesab edirik ki, adımız ixtisar siyahısına qərəzli salınıb".

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin "qarşılıqlı razılaşma şəklində pozulması" ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur, onlar deyirlər.

Tural Hüseynoğlu əlavə edir ki, aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və əmək müqaviləsinə xitam verilməsini istəmirlər:
"Biz haqlarımızı qoruyacağıq. Prezident Administrasiyasında olmuşuq. Bizə vəd veriblər ki, məsələni yoluna qoyacaqlar".

"İş həcmi azadlığı üçün əmək müqaviləsinə xitam verilir"

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev BBC Azərbaycancaya bildirib ki, "iş həcmi azaldığı üçün" qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə "orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş" də edilir: "Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək".

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə "qarşılıqlı razılaşma əsasında" müqavilə dayandırılıb.

"İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışır. Ya da sosial kriteriyalara üstünlük verilir".

Nəsimi Paşayev deyir ki, sosial kriteriyalar dedikdə şəxs əgər "şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir" (BBC).

Xəbər 964 dəfə oxunub






Oxşar xəbərlər

İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14513] initstartout [0.00025] initstartin [0.00127] calstart [0.01309] calend [0.00042] topnewsend [0.00395] rsssend [0.00000] ehgend [0.01009] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11557]