Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:43 - 19.10.2018  
Fazil Məmmədovun qələmi niyə qırıldı? - Heydər Oğuz yazır
Tarix: 6-12-2017, 09:25 | Bölmə: ---

Fazil Məmmədovun qələmi niyə qırıldı? - Heydər Oğuz yazır

 

Vergilər naziri Fazil Məmmədovun işdən uzaqlaşdırılması və yerinə Təhsil naziri Mikayıl Cabbarovun gətirilməsi ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bu da səbəbsiz deyildi. Əvvəla, ona görə ki, Fazil Məmmədovun Mikayıl Cabbarovla əvəz olunması son zamanlar təsadüf olunan ən ciddi kadr dəyişikliyi idi və hər kəs bunun əsl səbəbini axtarmalıydı.

 

Bəzi iddialara görə, sabiq nazirin səhhətində bir müddət əvvəl yaranmış problemlər onun işdən azad olunmasının başlıca səbəbidir. Bu arqumenti irəli sürən dairələr, nə yazıq ki, nazirin səhhətində hansı problemlərin çıxdığını gizlədilər. Sadəcə onu bildirirlər ki, Fazil Məmmədov uzun müddətdir xarici ölkələrin birində müalicə olunur. Onun bir neçə ay bundan əvvəl səhhətinin xeyli ağırlaşdığı, hətta ayağa dura bilmədiyi bildirilir.

Fazil Məmmədovun istefaya göndərilməsini hakimiyyət daxilindəki klanlararası rəqabətdən doğduğunu iddia edənlərin sayı daha çoxdur. Bu dedi-qodunun yaranmasının başlıca səbəbi nazirin işdən azad edilməsindən bir gün qabaq insan resursları departamentinin baş direktoru Faiq Şahbazovun istefasıdır. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu olan Şahbazovun birdən-birə öz ərizəsilə istefaya getməsi istər-istəməz bu cür ehtimalların ortaya çıxmasına münbit şərait yaradır və bu versiya yeni ortaya atılmış ehtimal da deyil. Əvvəllər də Kəmaləddin Heydərovun şinelindən çıxdığı iddia edilən Fazil Məmmədovun bir neçə il öncə ondan üz döndərdiyi barədə məlumatlar dolaşırdı. Hətta Vergilər Nazirliyinin fövqəlnazirə aid obyektlərdə ciddi yoxlamalar apardığı və Kəmaləddin Heydərovun görüşmək təklifini sabiq nazirin geri çevirdiyi belə, qulaqdan-qulağa pıçıldanırdı.

Son zamanlar fövqəlnazirə aid bir çox obyektlərin əl dəyişdirməsi haqqında şaiyələrin yayılması fonunda Fazil Məmmədovun onun yeznəsini işdən çıxartması üsyan bayrağını ən yüksək zirvəyə qaldırdığı qənaətini formalaşdırır. Üzərindən bir gün keçməmiş F.Məmmədovun özünün tutduğu vəzifədən "qovulması” fövqəlbazirin revanşı kimi dəyərləndirilə bilərdi. Di gəl ki, buna nazir postuna təyin olunan şəxsin kimliyi mane olur. Nədən ki, Mikayıl Cabbarov tamamilə başqa klana aid kadr kimi tanınır.

Görünən budur ki, Fazil Məmmədovun içərisindən çıxdığı şineldən üz döndərdiyi barədə mesajları işə yaramayıb. Açığını desək, yaramamalıydı da. Bir adam ki sığınmaq istədiyi yeni haminin xoşuna gəlmək üçün öz qınını bəyənmir və hətta ən müxtəlif formalarda savaş açır, ona hansı ağıllı etibar edər? Bu etibarsız adamın sabah yeni hamini ən yeni hamiyə dəyişdirməyəcəyinə kim zəmanət verə bilər?  

Ehtimallara görə, Fazil Məmmədovun nazir kimi sonunu gətirən başlıca amillərdən biri də Azərbaycan hakimiyyətinin vergi siyasətinin düzgün qurulmaması idi. Bu zamana qədər neft gəlirlərindən qidalanan dövlət büdcəmiz "qara qızıl”ın qiymətlərinin ucuzlaşması ilə alternativ mənbə axtarışlarına başladı. Qarşıda dayanan ən mühüm alternativlər isə vergi və gömrük rüsumları idi. Təsəvvür edin ki, Vergilər Nazirliyinin öhdəsinə az qala neft gəlirlərinə bərabər büdcə öhdəliyi qoyulur, nazirlik isə buna etiraz etmirdi. Əksinə, öhdəliklərini yerinə yetirmək üçün iş adamlarına yüklənirdi. Vergilər Nazirliyinin xərac zülmündən xeyli iş adamının ya ölkəni tərk etdiyi, ya da iş yerlərini bağladığı da heç kimə sirr deyil. Bu gedişat isə yaxın gələcəkdə Azərbaycanın iş dünyasını tamamilə sıradan çıxara bilərdi.

İlk baxışdan ağırlaşdırılmış vergi siyasətinin müəyyənləşdirilməsində Vergilər Nazirliyi xeyli məsum görünür. Nədən ki, nazirlik bu siyasəti müəyyənləşdirən yox, icra edən qurumdur. Fəqət yaxşı nazir iş adamlarına həddindən artıq yüklənməyin nə qədər zərərli olacağını zamanında ölkə rəhbərliyinə bildirməli və öz üzərinə ağır öhdəliklər götürməməlidir. Fazil Məmmədov isə öhdəliklərini 100%-dən artıq yerinə yetirməklə öyünürdü. Bu xidmətdən geriyə qalan isə bağlanan iş yerləri, qeyr-neft sektoruna bağlanan ümidlərin qırılması olurdu.

Nazirliyin dünən yaydığı bir məlumat da Vergilər Nazirliyinin iqtisadiyyatımızı uçuruma sürükləyən susqunluğunun dövlət rəhbərliyi tərəfindən mənfi qarşılandığı təsəvvürünü yaradır.,"Report”un nazirliyə istinadən verdiyi məlumatında, "bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 134 566 yeni vergi ödəyicisi (o cümlədən 9 864 hüquqi, 124 702 fiziki şəxs) dövlət qeydiyyatından keçdiyi, yüksək dövriyyəyə malik 3 189 əlavə dəyər vergisi (ƏDV) ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alındığı” bildirilirdi.

Xəbərdə o da qeyd olunurdu ki, "hesabat dövründə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir”.

Məlumatı diqqətlə oxusanız, vergi yükü səbəbindən fəaliyyəti dayandırılmış müəssisələrin kompensasiya edildiyi barədə irəli sürülən bu fikirlər ictimaiyyətindən daha çox, rəhbərliyinə ünvanlanmış kimi görünür və hesabata bənzəyir. Məlumatda o da qeyd olunurdu ki, iş fəaliyyətini gücləndirmək üçün nazirlikdə xüsusi qərargah yaradılıb. Qərargah yaradandan bir gün sonra isə Prezidentin naziri işdən çıxarması haqda sərəncamı verildi.

Yəqin razılaşarsınız ki, gedərayaq olduğunu düşünən istənilən nazir hansısa qərargah yaratmaq haqqında düşünməz, öz şələ-şüləsini yığışdırmaqla məşğul olar. Bu fakt Fazil Məmmədovun dünənə qədər öz vəzifəsində qalacağına ümid etdiyini təsdiqləyir. Belə çıxır ki, ölkə rəhbərliyi Fazil Məmmədov qarşısında qısa müddət ərzində dönüş yaratmaq vəzifəsi qoyub və sabiq nazir özünü oda-közə vuraraq, hətta hansısa klana aid kadrını işdən çıxararaq gözə girməyə çalışıb. Rəhbərlik isə bu səyləri yetərli hesab etməyərək, nazirin qələmini qırıb.

Heydər Oğuz

Xəbər 2187 dəfə oxunub






Oxşar xəbərlər

Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14037] initstartout [0.00019] initstartin [0.00105] calstart [0.01195] calend [0.00064] topnewsend [0.00499] rsssend [0.00000] ehgend [0.00883] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11196]