Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:40 - 21.11.2019  
“AtaSığorta”da skandal - sığorta fırıldağı
Tarix: 6-12-2017, 08:54 | Bölmə: ---

Şirkətin icbari sığorta etdiyi avtomobilə cərimə gəldi

“AtaSığorta”da skandal - sığorta fırıldağı"Yeni Müsavat” qəzetinin redaksiyasına "AtaSığorta” şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətin məğzi budur ki, müştərinin icbari sığorta üçün ödədiyi pulu mənimsənilib, əvəzində isə avtomobil sığorta edilməyib. Bununla bağlı qəzetimizə müraciət edən Emin Quliyev adlı şəxs deyir ki, noyabr ayının 8-də "Hyundai Santa Fe” markalı avtomobilini icbari sığorta etdirmək üçün "AtaSığorta” şirkətinə müraciət edib.

Şirkətin əməkdaşı təyin olunan yerdə Emin Quliyevlə görüşərək, ondan nağd qaydada 90 manat ödəniş alıb və sığorta nişanını və nömrəsini təqdim edib. Şirkət əməkdaşı bildirib ki, noyabr ayının 18-də avtomobilin icbari sığortasının müddəti bitən kimi, sığorta müqaviləsi sistemə yerləşdiriləcək.

Şikayətçinin sözlərinə görə, bundan sonra ona avtomobilin icbari sığorta edildiyini bildirən SMS gəlməyib. Lakin vətəndaş heç nədən şübhələnməyərək, avtomobilinin sığorta edildiyindən əmin olub. Noyabrın 20-də isə Emin Quliyevə DYP-dən avtomobili icbari sığortasız idarə etdiyinə görə, cərimə protokolu gəlib və 50 manat cərimə edildiyi bildirilib. Yalnız bundan sonra məsələnin üstü açılıb.

Müştərinin şikayətindən sonra "AtaSığorta” şirkətinin baş ofisi məsələyə müdaxilə edib, cəriməni ödəməyə və avtomobili sığorta etdirməyə söz verib. Eləcə də, Emin Quliyevdən nağd şəkildə ödəniş edən əməkdaş işdən kənarlaşdırılıb.

Buna baxmayaraq, şikayətçi digər vətəndaşların da belə bir halla üzləşməməsi üçün məsələni ictimailəşdirmək qərarına gəlib.

Sözügedən skandala aydınlıq gətirmək üçün "AtaSığorta” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin özünü təqdim etməkdən imtina edən əməkdaşı sualımızı eşitdikdən sonra cavab verdi ki, bu müştəri ilə bizim aramızda olan məsələdir və həll etməyə çalışırıq.  Ardından "Bunu mətbuatda işıqlandırılmasına nə ehtiyac var ki? ” - deyə telefonu söndürdü. Şirkətin baş  ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticə vermədi.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sığorta ilə bağlı müştəridən nağd ödənişi qəbul edən "AtaSığorta” əməkdaşı, sadəcə olaraq, dələduzluq edib: "Əgər sığorta şirkətinin əməkdaşı həmin nağd pulu hesaba köçürtsəydi, müqavilə bağlanardı. Sığorta qaydalarında belədir ki, sığorta şirkətləri müqaviləni ödəniş olmadan bağlanmış saymırlar. Bağlanmış sayılmadığına görə də DYP-nin sistemində avtomobilin icbari sığorta edildiyi görünmür. Ona görə də ona elektron cərimə protokolu göndərilib. Problem şirkət əməkdaşının yol verdiyi dələduzluğun üzərindədir”.

Ərşad Hüseynov sürücülərə məsləhət gördü ki, icbari sığorta ilə bağlı sifarişləri daha çox elektron qaydada həyata keçirməyə üstünlük versinlər: "Hazırda icbari sığorta bürosunun özünün yaratdığı elektron portal var. Orada elektron qaydada istənilən sığorta şirkətinə müqaviləni  sifariş vermək olur. Ödəniş də mütləq nağdsız qaydada  olmalıdır, ödəniş terminallarında, bank vasitəsilə və ya kart vasitəsilə. İndi heç bir sığorta şirkəti müqavilə haqqını nağd formada qəbul etmir. Terminal vasitəsilə və ya kart vasitəsilə nağdsız formada ödəniş qəbul olunur. Sürücülərin də diqqətinə çatdırmaq lazımdır ki, sığorta şirkəti əməkdaşlarına nağd pul verməyin ki, ciblərinə qoysunlar. Bəzi şirkətlərdə belə bir hal var ki, elektron müqavilə bağlanılır, daha sonra kağıza çap olunur, sürücüyə  verilir ki, nə vaxtsa yol polisi ilə mübahisə  yaranarsa, müqaviləni təqdim etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır ki, tora düşməyəsiniz. Siz hətta sığorta şirkəti əməkdaşına nağd pul versəniz belə o pulu aparıb kassaya daxil edə bilməz,  hansısa terminalda sizin adınızdan həmin pulu ödəməlidir”.

Ekspert sürücülərin diqqətinə çatdırdı ki, icbari sığorta müqaviləsi bağlanarkən, müştərinin mobil nömrəsinə gələn SMS də önəmlidir: "Əgər siz onlayn müqavilə sifariş vermisinizsə, pul ödəməmiş sizin mobil nömrəsinizə  elektron SMS gəlir ki, bu kod üzrə ödəniş edin. Əgər İcbari Sığorta Bürosundan və bu büronun üzvü olan sığorta  şirkətlərindən belə bir SMS gəlibsə,  arxayın ola bilərsiniz ki, bu rəsmidir. Ondan sonra həmin kod üzrə ödəniş etdikdə, dərhal cavab gəlir ki, pul ödədiniz. Müqavilə bağlanmış sayılır və sizə növbəti SMS  gəlir ki, artıq icbari sığorta müqaviləniz var və nömrəsi də budur.  Əgər bütün bunlar olmursa, şübhələnmək lazımdır. Deməli, orada problem var. Avtomobilin sığorta olunub-olunmadığını yoxlamaq  üçün İcbari Sığorta Bürosunun 97 07 nömrəsinə avtomobilin  nömrəsini göndərə bilərsiniz. Oradan cavab gəlir ki, bu avtomobilin icbari sığortası var, ya yox”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbər 2614 dəfə oxunub






Oxşar xəbərlər

Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34790] initstartout [0.00023] initstartin [0.00132] calstart [0.01701] calend [0.00075] topnewsend [0.00675] rsssend [0.00000] ehgend [0.02663] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29425]