Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:16 - 15.09.2019  
Səlim Müslümov Qarabağ qaziləri və əlillərlə görüşüb
Tarix: 5-12-2017, 17:49 | Bölmə: ---

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, "20 Yanvar”, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı”, "Azərbaycan Vətən Müharibəsi Veteranları”, "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və "Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.

Səlim Müslümov Qarabağ qaziləri və əlillərlə görüşüb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmti xəbər verir ki, bundan əvvəl nazirlikdə "Qarabağ qaziləri” və "Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin sədrləri ilə də görüş keçirilib.

 


Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri və gözdən əlillər, şəhid ailələri və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının əlil və şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaratdığını vurğulayıb. Nazir bildirib ki, mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olan şəxslərin sırasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, Çernobıl AES əlilləri, gözdən əlillər də vardır. Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də bu proqram uğurla davam etdiriləcəkdir. 
Müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunması tədbirlərini diqqətə çatdıran S.Müslümov qeyd edib ki, bu təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobıl AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə təmin edilirlər. 
Bütün bu sosial ödənişlərin də ötən dövrdə mütəmadi olaraq artırıldığını bildirən S.Müslümov müharibə əlillərinin, 20 Yanvar, Çernobıl əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu diqqətə çatdırıb. Nazir həmin insanlarla bağlı ictimai qurumlarla sıx əməkdaşlıq həyata keçirildiyini, aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi işlərində onların da yaxından iştirakına şərait yaradıldığını, onlarla nazirlikdə müntəzəm görüşlərin təşkil olunduğunu qeyd edib. S.Müslümov belə görüşlərin, o cümlədən hazırda keçirilən görüşün müvafiq sahələrdə görülən və planlaşdırılan işlər barədə həmin ictimai birliklərin rəy və təkliflərinin öyrənilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərlərinin müraciətləri, eləcə də ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təklifləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər müzakirə olunub, səslənən təkliflərlə bağlı müvafiq araşdırmaların aparılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Demokratik.Az


Xəbər 2951 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”
Sami Yusifdən misilsiz ifa: Nəsimi qəzəli... - Video
"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."
Zakir Qaralov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
“Porsche” Bakının mərkəzində qəza törədib - FOTO
GÖZLƏNİLMƏZ! Putin seçkilərdə geri təpdi
ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb
Türkiyənin tanınmış aktyoru vəfat edib
Əli Həsənov Nəsimidən yazdı - "7 böyük ozandan biri..."
Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı
Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı
Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər
Əli Abbasov canını necə qurtardı? – Detallar
Deputatlar: Keçmiş nazirlərə cinayət işi açılmalıdır
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Azərbaycan Xorvatiya ilə heç-heçə edib
İlham Əliyev Qaxariyanı təbrik etdi
Bu gün Aşuradır
“Mənim müxalifət kimi istədiyim...” - İqbal Ağazadə
Azərbaycan şirkətlərinin Türkiyədə kapitalı nə qədərdir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26260] initstartout [0.00018] initstartin [0.00078] calstart [0.01205] calend [0.00076] topnewsend [0.00561] rsssend [0.00000] ehgend [0.00677] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23548]