Yerli "New Delhi TV”-dəki xəbərə görə, Uttar Pradeş əyalətinin Calaun qəsəbəsindəki həbsxananın ərazisində otlayan 8 eşşək həbs edilib. Eşşəklər 4 gün müddətində həbsxanada saxlanılıb.

Cəzaçəkmə müəssisəsinin polis əməkdaşı RK Mişra verdiyi açıqlamada bildirib ki, eşşəklər həbsxana ərazisində olan bəzi dəyərli bitkilərə zərər verib: "Daha öncə heyvan sahiblərinə eşşəklərini buradan uzaqlaşdırmaq üçün xəbərdarlıq etmişdik, ancaq onlar buna qulaq asmadılar. Buna görə eşşəkləri həbs etmək qərarına gəldik”.

Yerli siyasətçilərdən biri dəyən zərəri ödədikdən sonra Calaun həbsxanasındakı eşşəklər sərbəst buraxılıb./Gununsesi.info/

Demokratik.Az