“Azərpoçt”un yeni rəhbəri işindən çıxarıldı

  • 27 noy 2017, 13:55
"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. "APA-Economics"ə MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
 
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
 
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, onun Ü.Mansurovun işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 
Ü.Mansurov bu il martın 31-də "Azərpoçt" MMC-nin baş direktoru təyin edilmişdi.
 
 
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur. 
Oxşar xəbərlər