Bəzi yerlərə qar yağacaq - Bazarertəsi

  • 26 noy 2017, 14:15

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Demokratik.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə  3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə  4-6° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765  mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. 

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Oxşar xəbərlər