Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:23 - 22.09.2019  
Zəlzələ ciddi dağıntısız ötüşdü - başçılar isə milyonluq ziyandan danışır
Tarix: 17-11-2017, 09:28 | Bölmə: ---

Baş seysmoloq: "Necə olub ki, episentrdə yerləşən seysmik stansiyada adi çat da əmələ gəlməyib, amma ətrafda evlər uçub?”

Zəlzələ ciddi dağıntısız ötüşdü - başçılar isə milyonluq ziyandan danışırNoyabrın 15-i gecə saatlarında Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib. Zəlzələdə ölüm-itim halları olmasa da, bir sıra rayonlarda dağıntılara səbəb olub. Zəlzələ baş verən ərazilərdə yeraltı təkanların davam etdiyini deyən Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: "Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub.

Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi: ”Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız episentrdə yerləşir. Stansiyada adi çat da əmələ gəlməyib. Normal tikililərdə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur".

Q.Yetirmişli Azərbaycanda baş verən zəlzələnin İranda baş vermiş zəlzələ ilə heç bir əlaqəsi olmadığını deyib.

Qeyd edək ki, Ağdamda  zəlzələ nəticəsində bəzi evlər qəzalı vəziyyətə düşüb. Məlumata görə, zəlzələnin təsiri daha çox Bərdə və Tərtər rayonlarında müşahidə edilib. Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, zəlzələ nəticəsində 127 evə və 1 məktəb binasına ziyan dəyib. Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub. Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntılar altında qalaraq xəsarət alıb. Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ 100-yə yaxın evə ziyan vurub.

Zəlzələ ciddi dağıntısız ötüşdü - başçılar isə milyonluq ziyandan danışır

Qeyd edək ki, bir sıra insanlarda bu zəlzələnin korrupsiyaya yol açacağı düşüncəsi var. Bu düşüncəyə səbəb olan amillərdən biri də Q.Yetirmişlinin verdiyi açıqlamadır. Necə olur ki, Ağdamda olan seysmik stansiyada episentrdə yerləşməsinə baxmayaraq adi çat da əmələ gəlməyib, amma evlər uçub?

Xatırladaq ki, bir neçə il bundan öncə Zaqatalada baş verən zəlzələ zamanı ciddi korrupsiya halları olduğu haqda məlumtlar yayılmışdı.

Maraqlıdır, bu zəlzələ də korrupsiyaya yol aça bilərmi?

Zəlzələ ciddi dağıntısız ötüşdü - başçılar isə milyonluq ziyandan danışır

Deputat Fazil Mustafa bildirdi ki, hər şey, hətta yol qəzası, yaxud da uçqun, daşqın, sürüşmə də korrupsiyaya yol aça bilər. Əgər korrupsiya niyyəti varsa, bunun qarşısını almaq mümkün deyil: "İstənilən səviyyədə, hansısa bir formada bunu gerçəkləşdirmək olar. Amma elə məsələ var ki, insanların hansısa bir faciəsi, fəlakəti üzərində hər hansısa bir korrupsiya əməllərini gerçəkləşdirmək istəyən insanların özləri həyatlarında bunun acı nəticələrini görürlər. Bu çox ağır bir şeydir. Bir var ki, durub günün gönorta çağı hansısa bir ümumi əməliyyatlardan, fəaliyyətlərdən korrupsiya elementləri ilə pul qazanasan, bir də var ki, insan faciəsindən yararlanaraq, evləri dağılmış insanların çıxılmaz vəziyyətindən istifadə edərək belə bir addım atasan. Bu o addımı atan insanların həyatında unudulmaz acı izlər buraxır. Ona görə də normal şüuru, düşüncəsi olan hansısa bir məmur bu addıma maraqlı görünməməlidir. Bura döyüş bölgəsidir və burada baş verən hadisələr insanların müəyyən dərəcədə gözü qarşısındadır. Ən azı insanlar fəal olaraq daha normal şəkildə hansısa bir neqativ prosesin qarşısını ala bilər. Ümumi şəkildə hamı bir birinin probleminə eyni qaydada həssaslıq göstərməyə çalışsa, məncə korrupsiyanın özü bu hallarda mümkün ola bilməz”.

Zəlzələ ciddi dağıntısız ötüşdü - başçılar isə milyonluq ziyandan danışır

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, dövlət tərəfindən aparılan və yaxud da maliyyələşdirilən istənilən təmir tikinti işində korrupsiya ola bilər: "Beynəlxalq araşdırmalar, daxildə olan uzun müddətli vəziyyət də göstərir ki, korrupsiya üçün ən münbit şərait təmir-tikinti işləridir. Həm orada işlərin həcminin daha çox göztərilməsi imkanları var, həm materialların alış qiymətinin şişirdilməsi imkanları var. Dövlət orqanları hansı ki, təmir-tikinti ilə məşğul olan və yaxud da sifarişlidirlər şirkətlərlə danışığa gedib əlavə vəsait qəbul edə bilirlər. Amma sırf zəlzələ oldu deyə korrupsiya olacaq demək yanlışdır. Zəlzələ olmayıb başqa bir təbii fəlakət olacaqdısa və təmir-tikinti işləri başlayacaqsa, burada korrupsiya mənbələri yaranacaq. Ona görə də təbii hadisələrdən daha çox dövlət çalışmalıdır ki,  bu cür satın almaların, təmir tikinti işlərinin həyata keçirilməsində şəffaflıq təmin olunsun. Sistem elə qurulmalıdır ki, dövlət tərəfindən maliyyələşdirilən təmir-tikinti işlərində heç bir korrupsiya hallarına yol verilməsin. Əgər zəlzələ hansısa bir rayona zərər yetiribsə, həmin rayonun icra strukturları çalışacaqlar ki, vəziyyəti daha pis təqdim etsinlər və dövlət büdcəsindən daha çox vəsait alsınlar. Nə qədər çox vəsait alırlarsa, bir o qədər çox da onların şəxsi maraqları təmin olunur”.

Günel MANAFLI

Xəbər 2664 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35902] initstartout [0.00023] initstartin [0.00122] calstart [0.02122] calend [0.00080] topnewsend [0.00659] rsssend [0.00000] ehgend [0.01237] tagsstart [0.00108] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31546]