16 noyabr:-Tarixdə bu günün hökmü

  • 16 noy 2017, 08:49

"Demokratik.Az”-ın məlumatına görə, tarixdə bu gün bir sıra əlamətdar hadisələrlə yaddaş yazıb. Bugünün bir neçə maraqlı hadisəsini yada salaq:

  • 1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
  • 1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
  • 1920 — Stalin Leninə teleqramında "Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
  • 1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti "Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
  • 1933 — Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əlaqələr qurmuşdur.
  • 1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
  • 1988 — Estoniya SSR Ali Soveti respublikanın suverenliyi haqda qərar qəbul etmişdir
  • 1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.                                                                                          Demokratik.Az
Oxşar xəbərlər