Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:05 - 17.07.2019  
Abşeron "kralica"sı Mehriban Əliyeva kursuna qarşı - evyıxma bandası və rüşvət çetesi
Tarix: 11-11-2017, 18:32 | Bölmə: ---

I vitse-prezidentdən nümunə götürsəydi...

Abşeron "kralica"sı Mehriban Əliyeva kursuna qarşı - evyıxma bandası və rüşvət çetesiSon illərdə Şəmkir, Binəqədi, Xətai, Abşeron icra hakimiyyətlərində müavin postlarında xanımlar yer almağa başladı. 
Onlardan biri - Abşeronun icra başçısı müavini olan İradə Gülməmmədova karyera yüksəlişi yaşayarq həmcinsləri arasından seçildi və bu rayona icra hakimi təyin olundu.
İndi Azərbaycanda yeganə xanım icra başçısı D.Camalovadan sonra İ.Gülməmmədovadır. Onun karyerasının pik nöqtəsinə qalxmaqda hansı siyasi güclərin təsiri olub-olmadığını söyləmək çətindir. 
Lakin böyük gözləntilər vardı ki, xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək. 
Amma bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara "qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu. Demə, xanım icra başçısı özünü kraliça elan edərək rayonu viran qoyacaqmış. 
O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu "cəhənnəm yuvası”na döndərdi.

İki ilə görülən "iş”lər

Sentyabrın 2-sə onun Abşeron RİH başçısı təyin olunmasının iki ili tamam oldu. Lakin bu 2 ildə əlini ağdan qaraya vurmayan İ.Gülməmmədova rayonu problemlərlə baş-başa qoyub. 
İxtisasca pediatr olan, 1995-2006-cı illərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim işləmiş G.Məmmədova başçı kimi rayonun problemlərini "müalicə” edə bilmədi, daha doğrusu etmədi...
Sözü uzatmadan faktlara nəzər yetirək: Abşeronun Mehdiabad qəsəbəsi Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər…
40 min insanın acınacaqlı şəraiti Gülməmmədovanı narahat etmir. Bu qəsəbənin adı Mehdiabad olsa da, yollarının vəziyyəti ona Mehdibərbad deməyə imkan verir. 
Qəsəbənin "Üzümçü” (Qaz idarəsi deyilən ərazi) küçəsində vəziyyət acınacaqlıdır. Küçədə vaxtı ilə normal asfalt örtüyü olub.
Ancaq 2012-ci ildə qaz və su xətlərinin çəkilməsi ilə əlaqədar yollar qazılıb və bərbad hala düşüb.
Hazırda bu ərazidən nəinki avtomobillə, hətta piyada keçmək mümkünsüz olub. Təkcə Mehdiabaddırmı? - gəlin Xırdalana ekskursiya edək.

Evyıxma bandası və rüşvət çetesi

Anaxeber.Az yazır ki, onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir. 
Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. 
Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Başçının Elmir, Fuad və digər bu kimi şəxslərdən ibarət evyıxan dəstəsinə "dur” deyən yoxdur. 
Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır. 
Qəribə də olsa icra başçısı yuxarılara üz tutan şikayətçilərin istəklərini gözündə qoymağa davam edir.
Mehdiabad və Xırdalandan keçib Masazıra da diqqət edək. Məlumata görə "Turan Abadlıq” Məhdud Msuliyyətli Cəmiyyətinə (MMC) məxsus rəsmi pul qəbzləri vasitəsilə əhalidən "zibil pulu” yığılır. 
Sakinlərə də birmənalı olaraq bildirilir ki, bu işin başında şəxsən icra başçısı dayanır və yerli bələdiyyəyə heç bir aidiyyatı yoxdur.

Biznes obyektləri - Siyahı

Mediada yayılan məlumatlar arasında o da var ki, icra başçısı İradə Gülməmmədovun qardaşı İlhamın vətəndaşlara böyük məbləğdə pul atdığı söylənilir. 
Bu sahədə o Xırdalan şəhərində xüsusi ad çıxardığı da verilən məlumatlar sırasıdadır. 
Belə ki, "Titanik" adlı böyük bir obyektin sahibi İlham guya bacısının (İradənin) əli ilə kimlərəsə iş düzəltmək adı ilə əhalidən küllü miqdarda pul alaraq atmaqla məşquldur. 
Bu səbəbdən də aldadılan vətəndaşlar günlərlə Abşeron icra hakimiyyətində get-gələ düşüb. Bu baxımdan getdikcə varlanan İradə Gülməmmədova Abşeronda çoxlu irili-xırdalı obyekt sahibidir. 
Bunlardan ən məşhurları Xırdalan şəhərində yerləşən "Titanik” adlı restoranın alt hisəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üzərindəki "Palma” supermarketi, eyni adlı restoran və digərləri. 
Həmçinin Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı və "Vorovski” adlanan ərazidə "Zümrüd” klinikasının yanındakı şərab evinin də sahibidir. O, Goradildə dəniz sahili əraziləri ələ keçirərək özəlləşdirib. 

Çovdarova rüşvət verən "kassir” müavin

Onu da yada salaq ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışındandır və bu işi müavini Fuad Cəbrayılova həvalə edib. 
F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz "kupça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb. Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib. 
Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb. 
Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib. 
Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.
İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsilə külli-miqdarda rüşvət verib. 
Amma Arif Qaraşov Dövlət Reyester Xidmətinin rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.
Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonra məhz qayınatasının köməkliyilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir. 

İ.Gülməmmədova icra başçısı təyin olunduqdan sonra isə onu özünə müavin təyin edib və faktiki olaraq "qara kassiri” rolunu oynadığı bildirilir.

Qarşı tərəfin cavab haqqı var...

"Demokratik.Az"

Xəbər 3616 dəfə oxunub






Oxşar xəbərlər

Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11463] initstartout [0.00013] initstartin [0.00061] calstart [0.00682] calend [0.00038] topnewsend [0.00275] rsssend [0.00000] ehgend [0.00595] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09749]