Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:40 - 09.12.2019  
Vidadi Zeynalovun mülkləri özünə qaytarıldı
Tarix: 9-11-2017, 15:48 | Bölmə: ---

"Rabitə işi” üzrə qərarda təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun əmlakının üzərinə qoyulan həbsin götürülməsi, cəzasının 13 ildən 4 ilə endirilməsi bu cinayət işini yenidən gündəmə gətirib.

Vidadi Zeynalovun  mülkləri özünə qaytarıldı Axar.az xəbər verib ki, 2015-ci ilin noyabr ayının 13-də həbs edilən, 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi. Qısaca, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş aparat rəhbərinin ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olduğu bildirilirdi.

V.Zeynalovun üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 43 milyon 489 min 537 manat təşkil edirdi.

Həmin əmlakların tam siyasını təqdim edirik:

1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 14 milyon 445 min;

2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 6 milyon 944 min;

3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38 (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 125 min;

4. Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 500 min;

5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) – dəyəri 148 min;

6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) – dəyəri 128 min;

7. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 157 min;

8. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 138 min;

9. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 120 min;

10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 60 min;

11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 2 milyon 45 min;

12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 110 min;

13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) – dəyəri 620 min;

14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 135 min 400 manat;

15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi – dəyəri 1 milyon 500 min;

16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 – dəyəri 300 min;

17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 92 min;

18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 349 min;

19. Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 51 min;

20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 82 min;

21. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 6 milyon 944 min;

22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu);

23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 1 milyon 900 min;

24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 215 min;

25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 310 min;

26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri baxılmayıb;

27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 1 milyon 100 min;

28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 52 min;

29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 1 milyon 100 min;

30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 550 min manat;

31. Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 250 min;

32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 510 min;

33. Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 1 milyon 400 min;

34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) – 3 min;

35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 223 min;

36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 95 min

37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 1 milyon 344 min;

Bunlardan əlavə, Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdu.

RYTN-ə məxsus V.Zeynalovun özəlləşdirdiyi əmlaklar

38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu – dəyəri 95 min;

39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in "Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 19 min 700 manat;

40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 180 min;

Vidadi Zeynalovun həbs qoyulmuş rayonlardakı əmlakları

41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 111 min 500 manat);

42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 144 min;

43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 54 min;

44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 66 min manat;

45. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu – dəyəri 115 min;

46. Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) – dəyəri 72 min manat;

47. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 34 min 600 manat;

48. Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) – dəyəri 4 min 100 manat;

49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) – dəyəri 34 min 900 manat;

50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) – dəyəri 3 min 500 manat;

51. İsmayıllı rayonuda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 17 min 110 manat;

52. İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 177 min 222 manat;

53. İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 32 min 417 manat;

54. İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 57 min 673 manat;

55. İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 18 min 876 manat;

56. İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 95 min 695 manat;

57. İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 19 min 965 manat;

58. İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 22 min 63 manat;

59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 57 min 293 manat;

60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 53 min 96 manat;

61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 142 min 842 manat;

62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 28 min 349 manat;

63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu – dəyəri 376 min 77 manat;

64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 21 min 877 manat;

65. Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 27 min manat;

66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 1 milyon 927 min manat;

67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 24 min;

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov apelyasiya şikayətləri üzrə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

Hakim Qədim Babayevin çıxardığı qərara görə, V. Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilib. Həmçinin noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə V.Zeynalovun əmlaklarının üzərinə qoylan həbsin götürülməsi barədə qərar qəbul edilib.

Qərara görə, digər təqsirləndirilən şəxslər, o cümlədən V.Zeynalovun 2009-cu ilə qədər əldə olunan əmlakları üzərindən həbs götürülüb və müsadirə olunması barədə təqdimat dayandırılıb. İttiham aktında cinayət işi 2009-2015-ci illəri əhatə edir. İttihamdan qabaq əldə olunan əmlaklar məhkəmənin qərarı ilə həbsdən azad olunub.

V.Zeynalovun bu əmlaklarından hansılarının 2009-cu ilə qədər aldığı açıqlanmadığından, həbs götürülən mülklərinin siyahısı bilinmir. Lakin məhkəmədə bu mülklərin böyük əksəriyyətinin 2009-cu ilə qədər alındığı qeyd olunub.
Xəbər 3480 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.71361] initstartout [0.00022] initstartin [0.00109] calstart [0.03658] calend [0.00090] topnewsend [0.00949] rsssend [0.00000] ehgend [0.07575] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.58838]