Rusiya “Tayfun”ları dənizə buraxır

  • 06 noy 2017, 07:52

Rusiya "Tayfun” kiçik raket gəmilərini noyabr ayında suya buraxacaq.

Demokratik,Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya verib.

"Noyabr ayında Sankt-Peterburqda "Pella" gəmiqayırma müəssisəsində inşa edilmiş kiçik raket gəmisi "Tayfun" 22800 layihəsinin suya buraxılması nəzərdə tutulub. Layihənin əsas gəmisi sayılan "Qasırğa” artıq zavod yaxınlığında tamamlanma işlərinin aparıldığı ərazidə suya buraxılıb”, - açıqlamada bildirilib.

Qeyd edək ki, gəminin perspektiv görünüşü ilk dəfə "Ordu-2015" beynəlxalq hərbi-texniki forumunda ictimaiyyətə təqdim olunub.

Oxşar xəbərlər