Ermənistanda silah anbarında partlayış olub

  • 05 noy 2017, 08:41

Dünən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. 

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

Demokratik.Az

Oxşar xəbərlər