Hüquqşünaslar etiraz edirlər

  • 31 okt 2017, 07:39
Bu gün bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə dəyirmi masa keçirilib.

Tədbirdə sabah Milli Məclisin plenar iclasında baxılacaq Mülki Prosessual Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələr müzakirə olunub.

Dəyirmi masada çıxış edən, əhaliyə hüquqi yardım və hüquqi xidmətlə məşğul olan hüquqşünaslar həyata keçiriləcək dəyişikliklərin Azərbaycanın imicinə zərər vuracağından və hüquqi müdafiə sahəsində xaos yaranmasından narahatlıqlarını bildiriblər.

Hüquqşünas Nicat Gözəlov bildirib ki, bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq. O bildirib ki, 2000-ə yaxın gənc hüquqşünasımız müvafiq qaydada qeydiyyatdan keçərək vətəndaşlara hüquqi yardım göstərir və bir çox hallarda bu yardımlar ödənişsiz əsaslarla həyata keçirilir. Onun fikrincə? bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq.

 

Tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.(bizimyol.info)
Oxşar xəbərlər