Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:49 - 26.03.2019  
Fədayə Laçının kriminal avtoritetə görə həbs edilməsinin TƏFƏRRÜATLARI
Tarix: 30-10-2017, 21:17 | Bölmə: ---

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.

Demokratik.Az musavat.com-a istinadən bildirir müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, "Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə "Qoca" Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları "Qoca"dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Bu zaman "Qoca" maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, "Qoca" meşəlik əraziyə qaçaraq izini itirib.

Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan "Qoca"nın fotoları vurulub.

Fədayə Laçının kriminal avtoritetə görə həbs edilməsinin TƏFƏRRÜATLARI

Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.

Müğənninin həbsi ilə bağlı məlumatı APA yayıb.

Xəbərdə deyilir ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Qoca" və digər məhbus Əli Ağami oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.

Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Xatırladaq ki, məhbuslardan Əli Ağami iki gün əvvəl Şirvan şəhərində tutulub.

Xəbər 1930 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13432] initstartout [0.00024] initstartin [0.00129] calstart [0.01467] calend [0.00089] topnewsend [0.00589] rsssend [0.00000] ehgend [0.00873] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10189]